Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Biznesmen nazir və ya Azərbaycanda "FETÖ" şəbəkəsinin tanınmış siması - ŞOK İDDİA

Biznesmen nazir – Azad Rəhimov

 

 

Azərbaycanda bir sıra nazirlərin fəaliyyətinə nəzər salanda məlum olur ki, üst vəzifə sahibi sayılan bu şəxslər ölkədə və xaricdə böyük biznes şəbəkəsinə nəzarət edirlər.

Xeberinfo.com:   Onlar həm gizli biznesmen, həm də nazir olmaqla böyük var –dövlət sahibidirlər. Nazirlərimizin əksərinin biznesdə uğur qazanması təsadüfi deyil. Ölkənin qanunlarına məhəl qoymamaqla dövlətə milyonlarla borclu olan vəzifə sahiblərimiz istənilən halda haqlı tərəf olmaqla, istəklərini Azərbaycanda həyata keçirməkdə hər hansı bir maneə ilə üzləşmirlər. Onlar, sadəcə zənglə digər həmkarlarını da qanunları pozmağa çağırır və buna nail olurlar. 
Realliq.info-nun araşdırmalarına görə Dövlətin ən varlı biznesmenlərindən biri də Gənlər və İdman naziri Azad Rəhimov hesab olunur. Nazirin böyük biznesmen olduğu hələ bu vəzifəyə gəlməmişdən öncə məlum idi. Ilk olaraq Azad Rəhimovun keçdiyi həyat yoluna qısa nəzər salaq:

            Azad Rəhimov - Azərbaycan Respublikasının Gənclər və İdman naziri

Azad Arif oğlu Rəhimov 1964-cü il oktyabrın 8-də Bakı şəhərində qulluqçu ailəsində anadan olub. 1971-ci ildə Bakı şəhəri 134 saylı məktəbin birinci sinifinə daxil olub. 1981-ci ildə həmin məktəbdə orta təhsilini bitirib və həmin il Azərbaycan Dillər Universiteti nin ingilis dili fakültəsinin əyani şöbəsinə daxil olub. 1986-cı ildə həmin fakültənin axşam şöbəsini bitirərək, ingilis dili müəllimi ixtisası üzrə ali təhsil alıb. Əmək fəaliyyyətinə 1984-cü ildə Xətai rayonu 245 saylı məktəbdə komsomol katibi vəzifəsi ilə başlayıb. 1986-cı ilin iyun ayından 1987-ci ilin noyabr ayınadək Moskva şəhərində həqiqi hərbi xidmətdə olub. 1987-1989-cu illərdə Azərbaycan LKGJ Xətai rayon komitəsində şöbə müdiri, 1989-1990-cü illərdə Azərbaycan Gənclər Təşkilatları Komitəsinin sədri vəzifəsində işləyib. 1994-1998-ci illərdə “Ros-İMESKO” Məhdud Məsuliyyətli Cəmiyyətin baş direktoru, 1998-ci ildən 7 fevral 2006-cı il tarixədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyib.

Realliq.info qeyd edir ki, nazir təyinatından sonra “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsindən formal olaraq kənarlaşan Azad Rəhimov rəhbəri olduğu nazirliyin fəaliyyətində heç bir yeniliyə imza atmadı. Rəhimovun rəhbəri olduğu səhmdar cəmiyyətinə nəzarəti bu gün də davam edir. Lakin kənardan nəzarət mexanizmi ilə işləyən nazirin tabeçiliyində böyük ticarət obyektləri cəmləşib.


                           Azad Rəhimovun biznes İmperiyası


Nazirin böyük biznes şəbəkəsi haqqında ölkə mətbuatında geniş bəhs olunub. Yüksək çinli məmurun paytaxtın mərkəzi yerlərində dəbdəbəli mağazalara sahib olduğu danılmaz faktdır. Azad Rəhimov ölkədə bir sıra brend malların satışına nəzarəti ələ almaqla öz manopolyasını yarada bilib. Bu yüksək çinli məmurun vəzifəsi isə ona qanunlar qarşısında qalxan rolunu oynamaqdadır. 
Medianın gündəmində olan və Realliq.info –nun araşdırmalarına görə hazırda nazirin böyük biznesini mebel ticarəti təşkil edir. A.Rəhimov hələ o vaxtlar, Avropanın tanınmış mebel brendlərinin ölkəmizdə satışını həyata keçirib. Ayrı-ayrı məmurların, biznesmenlərin sifarişini yerinə yetirən Azad Rəhimov daha sonra Bakıda “İtaldizayn” şirkətini açıb.
Nazirin ilk şirkəti Bakıda 1996-cı ildə İtaliyanın dəbli mətbəx avadanlıqlarını Azərbaycana gətirməklə fəaliyyətə başlayıb. Şirkət öz tarixi boyu nəinki mebel bazarında möhkəmlənib, həm də yeni, dinamik və diversifikasiyalı biznes yaratmağa nail olub. 1998-2006-cı il tarixinədək “İtaldizayn” Qapalı Tipli Səhmdar Cəmiyyətin baş direktoru vəzifəsində işləyən Azad Rəhimov bu müddətdə nazirlərin sifarişi ilə Azərbaycana mebel gətirib.
Araşdırmamıza elə nazirə məxsus “İtaldizayn” şirkətinə məxsus bir neçə mağazaya baş çəkməklə başladıq. Qeyd edək ki, bu qrupa əksəriyyəti şəhərin mərkəzində yerləşən 22 salon və butik daxildir: “İdea”, “Creative System”, iki “Villeroy & Boch” butik və salonu, “Bang & Olufsen”, “Ambiance”, dörd “Swarovski” butiki, “Royal Collection”, “Royal Collection - Watches & Accessories”, “Yves Delorme”, “Baccarat - Bernardaud”, “Museum”, “Chopard”, “Carpets Boutique”, “Lladro”, “Roberto Coin - de Grisogono”; iki “Eurodesign” və “Transeurocom” telekommunikasiya şirkəti; “İD Catering” keyterinq şirkəti və “Creacon” inşaat şirkəti.
Mənbələrdə qeyd olunur ki, nazirə məxsus holdinq Avropa və Amerikanın 300-dən artıq şirkəti ilə birbaşa əməkdaşlıq edir. Bu isə o deməkdir ki, açıq rəqabət şəraitində “İtaldizayn Group”un təklif və xidmətləri bazarda ən yaxşılardandır.
Görünən həqiqət odur ki, Azad Rəhimovun nəzarətində olan biznes sahəsində rəqabət aparmaq çətin və mümkün olmayan reallıqdır.


                            Gülənlə şəriklik və gizli siyasət


Qardaş ölkə - Türkiyə mediasına istinad edəndə məlum olur ki, Azad Rəhimovun biznesdəki bu uğurlarının MÖHTƏRƏM ŞƏRİKİ var imiş. Bu barədə danışan məlumatlı mənbənin iddialarına görə, GİN şefi hər zaman nurçu şəbəkəsinə aid şirkətlərlə partnyorluq etməklə yanaşı, həm də demək olar ki, özü də bu şəbəkənin ən parlaq nümayəndələrindən biri kimi fəaliyyət göstərib. Xəbəri verən mənbəyə görə, Azad Rəhimovu elə Fətullah Gülənin Azərbaycandakı obyektlərini işlədən bir fiqur kimi də xarakterizə etmək olar. Yəni adı Azad Rəhimova və onun çevrəsinə aid olsa da, əslində bütün bu biznes şəbəkəsi məhz Fətullah Gülənə aid olub.
“Bu və digər faktları - kifayət qədər ciddi dəlillərlə rəsmi Bakıya təqdim edən Türkiyənin daxili işlər naziri Azad Rəhimovun vəzifə başında qalmasının Fətullah Gülən cameəsinə rəsmi Bakının dəstəyi kimi qəbul olunacağını da ifadə edib”deyən məlumatlı mənbə, nazirin postu ilə vidalaşacağını gündəmə gətirmişdi. Lakin, Gənclər və İdman nazirini qoruyan qüvvələr hələki, bu istiqamətdə müqavimət göstərərək şəriklərinin toxunulmazlığına nail olurlar.


                          Biznesdəki uğurun idmandakı fəsadları


Azərbaycanın Gənclər və İdman nazirinin biznesdəki uğuru rəhbəri olduğu dövlət sahəsində özünü yaxşı tərəfdən göstərmir. Biznesin bütün çalarlarını bilən Rəhimovun ölkənin idman sahəsində fəaliyyəti sadə dillə desək iflasa aparir. İdman sahəsində yaranmış problemlər, idmançıların məşq edib yarışa hazırlaşmaları üçün normal şəraitin olmaması, cənab nazirin narahatçılığına səbəb olmur. Realliq.info qeyd edir ki, idman sahəsini də biznesmen kimi idarə edən Azad Rəhimovun ölkə idmançılarına bir nazir olaraq dəstək verməməsi yaradılan şəraitdən aşkar görünür. 
Gənclər və İdman nazirinin istər paytaxtda, istərsədə bölgələrdə idmançılara və gənclərin bu sahəyə marağının artmasına çalışmamasının arxasında maraqların durmasına inanmaq istəməzdik. Lakin aparılan araşdırmalar göstərir ki, təkcə hər ay rəsmi sənədlərdə yarışların təşkili, nazirliyin tabeçiliyində olan məktəblərdə müxtəlif adlarla tədbirlərin keçirilməsi adı ilə dövlətin milyonlarla vəsaiti mənimsənilir.

 

 

Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam