Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“Sədərək”də İŞİD xofu

“Sədərək” bazarında İŞİD xofu

 

Oktyabrın 20-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi hüquq-mühafizə orqanları ilə birgə “Sədərək” Ticarət Mərkəzində yerləşən dini təyinatlı ədəbiyyatın və əşyaların satışı ilə məşğul olan 6 mağazada monitorinq keçirib

Xeberinfo.com:   Məlumata görə, reyd zamanı bəzi mağazaların dini təyinatlı ədəbiyyat və dini məzmunlu başqa məmulatların satışı ilə məşğul olması üçün DQİDK-dan müvafiq razılıq almadığı məlum olub. 


Habelə, bəzi mağazalarda satılan dini təyinatlı ədəbiyyat nümunələrinin nəzarət markası ilə markalanmadığı, eləcə də həmin mağazaların ətrafında dini atributların asıldığı aşkar edilib.

Bildirək ki, qeydə alınmış qanun pozuntuları hüquq-mühafizə orqanları tərəfindən müvafiq qaydada sənədləşdirilib. 

Hazırda aşkar edilmiş qanun pozuntuları ilə bağlı müvafiq araşdırmalar davam etdirilir. Bu reyd əslində dini ekstremizmə qarşı mübarizənin tərkib hissəsidir. 

Politika.Az-a verilən məlumata görə, “Sədərək” yarmarkasında vəhhabilərin olması haqda hələ 2014-cü ildə həyəcan təbili çalınmışdı. Şeyxin qardaşı, millət vəkili Cavanşir Paşazadə demişdi ki, bazarda vəhabilər var: 

“Azərbaycan böyük ticarət mərkəzlərində , o cümlədən Sədərək bazarında vəhhabi təriqətinə mənsub insanlar çoxluq təşkil edir və həmin yerlərdə hüquq -mühafizə orqanları nəzarəti gücləndirməlidirlər.

Bəzi şəxslərin siyahısı tutularaq, barələrində şəxsi məlumatlar qeydə alınıb. O zaman ANS məlumat yaymışdı ki, Sədərək ticarət mərkəzinin rəhbərliyi isə vəziyyətin nəzarətdə olduğunu deyir. Sədərəkdə vəhhabi təriqətinə mənsub şəxslərin siyası hazırlanıb və onların sayı 38 nəfər idi. 

O zaman musavat.com da yazmışdı ki, “Sədərək” rəhbəri Yusif Qədimbəylinin siyasi oyunlarda iştirakı və vəhhabilərlə iş birliyi üzə çıxıb. 

İş adamı obyektində Dağıstan və Çeçenistandan gələn radikal təmayüllü şəxslərə qucaq açıb. İki il sonra komitənin qanunsuz dini ədəbiyyatı məhz bu bazarda aşkarlaması da bu iddiaları gücləndirir.

Redaksiyadan:  Yarmarka rəhbərliyinin mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam