Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

117 saylı bağçada BŞİH-nin təlimatları pozulur

 

Solmaz Hacıyevanın rəhbərlik etdiyi müəssisəyə işə qəbul məsələlərində yol verdiyi nöqsanlar, bu bağçada müxtəlif fəsadlara yol açır

Xeberinfo.com:   "117 saylı bağçada qəbul maxinasiyaları” sərlövhəli tənqidi yazı dərc etmişdik. Həmin yazının əsasında redaksiyamıza müraciət etmiş bir valideynin bizə təqdim etdiyi faktlar dururdu. Dünən isə, elektron poçtumuza 117 saylı uşaq bağçasının müdirəsi Solmaz Hacıyevanın özbaşınalıqlarından yaranan narazılıqların əks olunduğu daha bir neçə müraciət daxil olub. Həmin məlumatlarda bildirilir ki, Solmaz Hacıyeva rəhbərlik etdiyi müəssisəyə işə qəbul məsələlərində də ölkə qanunvericiliyinin tələblərinin kobud şəkildə pozulmasına yol verir. Belə ki, iddialara görə bağçaya işə qəbul prosedurunu rüşvət almaq əsasında həyata keçirən Solmaz xanım, bu zaman işə götürdüyü şəxslərin tutacaqları vəzifəyə uyğunluqlarını qətiyyən nəzərə almır. Bu səbəbdən də hazırda 117 saylı bağçada uşaqların təlim-tərbiyyəsi ilə məşğul olan kadrların əksəriyyətinin bu sahədə heç bir təcrübəsi və müvafiq təhsili yoxdur. Həmçinin məlumatlarda bir daha təsdiq olunur ki, Solmaz Hacıyeva bağçaya uşaq qəbulu üçün standart qiymət müəyyənləşdirib. Artıq ötən yazıda da qeyd etdiyimiz kimi, 117 saylı bağçaya bir uşağın qəbulu üçün 300 manat məbləğində pul tələb olunur. Bununla yanaşı məlumatlarda belə bir məqam da vurğulanır ki, bağçada mövcud qrupların sayı nisbətən az olduğuna görə, Solmaz Hacıyevanın valideynlərdən aldığı pullar onun maliyyə tələbatını tam təmin edə bilmir. Buna görə də bağça müdirəsi rəhbərlik etdiyi müəssisəyə nəzərdə tutulmuş normadan artıq sayda uşaq qəbuluna rəvac verir. Bu isə, bağçada arzuolunmaz, hətta yolverilməz sıxlığa səbəb olur. Lakin bununla da 117 saylı bağçada həyata keçirilən rüşvət yığımları sona yetmir. Məlumatlarda qeyd olunur ki, bu müəssisədə müxtəlif bəhanələrlə pul yığımları bu gün olduqca yüksək həddə çatmışdır. Belə ki, bu bağçada aylıq ödənişlər, əlamətdar günlər münasibəti ilə yığılan pullar, "bağça fondu”nun hesabına və tərbiyyəçi-müəllimlərin mükafatlandırılması üçün valideynlərin məcburi qaydada etməli olduqları ödənişlər hesabına ümumilikdə hər uşağa görə ayda orta hesabla 50 manat pul yığılır. Həmçinin aldığımız məlumatlarda 117 saylı uşaq bağçasının fəaliyyəti ilə bağlı pul yığımlarından başqa digər problemlərin də kifayət qədər olması barədə iddialar bir daha öz təsdiqini tapır. Biz ötən yazılarımızda da qeyd etmişdik ki, ölkəmizdəki uşaq bağçalarının fəaliyyəti hər zaman ictimaiyyətin tənqidinə tuş gəlib və bu tendensiya indi də davam etməkdədir. Son vaxtlar isə, bu mövzu ilə bağlı müxtəlif instansiyalara, o cümlədən kütləvi informasiya vasitələrinə edilən şikayətlərin sayında bir artım müşahidə olunmaqdadır. Məlum olduğu kimi artıq beş ilə yaxın bir müddətdir ki, dövlət başçısının müvafiq sərəncamı ilə körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri Təhsil Nazirliyinin tabeliyindən çıxarılaraq yerli icra hakimiyyəti orqanlarının tabeliyinə verilib. Lakin bu tədbirin həmin müəssisələrin fəaliyyətində nəzərəçarpacaq mütərəqqi dəyişikliklərə səbəb olduğunu hələ də söyləmək olmur. Elə aldığımız məlumatda da belə bir məqam xüsusilə qeyd olunur ki, 117 saylı bağçanın fəaliyyətində Bakı Şəhər İcra Hakimiyyətinin bu xüsusda verdiyi təlimatlar kobud şəkildə pozulmaqdadır...(gundelik-baku.com)

Qarşı tərəfin də öz mövqeyini bildirmək hüququ var. 

<!--[if !supportLineBreakNewLine]-->
<!--[endif]-->


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam