Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

“15 aydır maaşımızı vermir” - Nazim İbrahimovla vitse-prezident arasında qalmaqal

 

 

Daha bir idman federasiyasında maaş qalmaqalı baş verib.

Xeberinfo.com:  AzNews.az-a daxil olan məlumata görə, Azərbaycan Qılıncoynatma Federasiyasında idmançılar və məşqçi heyəti 15 aydır ki, maaş üzünə həsrətdir. Qurumdan pullarını ala bilməyən qılıncoynadanlar bunun üçün aidiyyatı orqanlara şikayət ərizəsi yazmaq fikrinə düşüblər.

İdmançıların problemini həll etməyə çalışan vitse-prezident Yaşar Məmmədovla rəhbərlik arasında isə ciddi mübahisələr olub. Y. Məmmədov məsələnin böyüməməsi üçün rəhbərliklə danışıqlar aparmaq və maaşların ən azı bir qisminin verilməsini təmin etmək istəyib. Lakin digər rəhbər şəxslər onuna razılaşmayıb və qalmaqal bir az da böyüyüb.

Əldə etdiyimiz digər məlumata görə, problem həll olunmayacağı təqdirdə AQF-nin tanınmış üzvləri və legionerləri başqa ölkə adına mübarizə aparmaq üçün qurumu tərk edəcəklərini bəyan ediblər.

Azərbaycan Qılıncoynatma Federasiyasının vitse-prezidenti Yaşar Məmmədov AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib: “Qılıncoynadanlarımız 15 ay yarımdır ki, maaş almırlar. Ötən ilin may ayından etibarən heç kimə bir qəpik verilməyib. Rəhbərliklə mənim aramda problem yarandığı da doğrudur. Həm də bu, çox böyük bir problemdir... Nazim İbrahimov aylardır deyir 1-2 günə düzələcək. İndi də deyirlər maaş ayın 21-də olacaq. Biz də indi deyirik bu qədər gözləmişik, 21-nə qədər də gözləyək. Düzəlməsə mən özüm prezident İlham Əliyevə məktub yazacağam, qəbuluna düşmək üçün xahiş edəcəyəm”.

Vitse-prezident məşqçi Asəf Məlikovun Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya məktub yazdığını qeyd edib.

Məlumat üçün bildirək ki, Azərbaycan Qılıncoynatma Federasiyasının rəhbəri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovdur.

Xatırladaq ki, Azərbaycan Ağır Aletika, Otüstü Hokkey, Milli Karate və Voleybol Federasiyaları da maaş problemi ilə üzləşiblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam