Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Gülən əməliyyatı” daha bir şirkəti “vura” bilər

“Tekfen”in “Gülən camaat”ı və SOCAR-la hansı əlaqələri var?

Xeberinfo.com:   Türkiyədə baş tutmayan hərbi çevrilişdən sonra “Gülən camaatı”na qarşı başlanan əməliyyatlar çərçivəsində iri şirkətlərdən olan “Tekfen”ə də əl qoyula bilər.

“Tekfen”in “camaat”la əlaqələri barədə iddialar var. Məsələn, 2006-cı ildə çapdan çıxan və Fətullah Gülənə həsr olunan “Keçmişdən gələcəyə: Fətullah Gülən” adlı kitabda Türkiyənin keçmiş prezidenti Süleyman Dəmirəl, Türkiyə Hava Qüvvələrinin o zamankı komandanı Halis Bürhan, Türkmənistanın eks prezidenti Saparmurad Niyazovla yanaşı “Tekfen” şirkətinin qurucularından olan Fəyyaz Berkerə də yer verilib. Feyyaz Berker Gülənin nəzarətində olan təhsil müəssisəsiləri haqqında müsbət fikirlər səsləndirib. Həmçinin qeyd edib ki, ətrafında olanların çoxu da Gülən məktəblərində təhsil almış adamlardır.

Bundan başqa “Tekfen” şirkətinin SOCAR-la ciddi əlaqələri var. SOCAR-in adı isə “Gülən camaatı” ilə işbirliyində hallanır. Artıq Türkiyə hüquq-mühafizə orqanları “SOCAR Türkiyə”də iki əməliyyat keçiriblər. Şirkətin rəhbəri Sadəddin Qorqud və xeyli işçisi həbs edilib. Əməliyyatların cavam edəcəyi bildirilir. Hətta iddialara görə, əməliyyatlar Azərbaycan Dövlət Neft Şirkətinə(SOCAR) də sıçraya bilər.

“Tekfen”lə SOCAR-ın əlaqələrinə gəlincə, 2008-ci ildə SOCAR bu şirkəti almaq istəyib. Lakin maliyyə böhranı üzündən sövdələşmə baş tutmayıb.

Meydan TV-nin araşdırması zamanı bəlli olub ki, SOCAR 2009-cu ildən bəri “Tekfen”lə ümumi dəyəri 2 milyard dollar olan tendersiz müqavilələr imzalayıb.

Bundan başqa 1996-cı ildə yaradılan “Azfen”  SOCAR-la “Tekfen”in müştərək şirkətidir. SOCAR “Azfen”in səhmlərinin 60 faizinə, “Tekfen” isə 40 faizinə nəzarət edir.

“Azfen” bir sıra yüksəkgəlirli tikinti layihələrini udub. Bu isə o deməkdir ki, dövlət şirkəti olan SOCAR tenderləri öz biznes tərəfdaşına qazandırıb.

Azərbaycanda “Azfen”ə qazandırılmış böyük tikinti müqavilələrinin bir hissəsi bunlardır:

– Qazı Xəzər dənizindəki nəhəng Şahdəniz yatağından bütün Azərbaycan boyu daşıyacaq 122 sm diametrli qaz kəmərinin çəkilişi. SOCAR-ın Qaz Əməliyyatları Departamenti bu layihəyə rəhbərlik edib;

– Xəzər dənizindəki ofşor platformalarda aparılmış mühüm tikinti işləri;

– Xəzər dənizindən çıxarılan neft və qazın ixrac edilməzdən əvvəl emal olunduğu 550 hektarlıq Sanqaçal Terminalının genişləndirilməsi;

– Sanqaçal Terminalından başlayaraq Gürcüstan sərhədinə qədər bütün ölkənin ərazisindən keçən Qərb boru kəmərinin tikintisi;

– Gürcüstanın Qara dəniz limanı olan Supsada xam neft terminalının tikilməsi;

Azərbaycanda “Tekfen”ə verilmiş layihələr isə aşağıdakılardır:

– Bakı Olimpiya Stadionu, 850 milyon ABŞ dolları;

– SOCAR Tower binası, 382 milyon ABŞ dolları;

– Azəri-Çıraq-Günəşli yatağındakı layihələr, 248,5 milyon ABŞ dolları;

– Neft platformaları üçün modilyar binaların tikilməsi və quraşdırılması, 207 milyon ABŞ dolları;

– Xəzər dənizindəki yeni Şahdəniz-2 qazma layihəsinin modulyar binalarının tikilməsi və quraşdırılması, 262,3 milyon ABŞ dolları;

Bu günlərdə isə bəlli olub ki, Vergilər Nazirliyi üçün yeni inzibatinin inşası da “Tekfen” şirkətinə həvalə edilib.

Azadliq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam