Redaktor seçimi
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Eldar Yunisovu Qüdrət Şükürovun taleyi gözləyir-
Əhmədzadələrin Qaxdan İngiltərəyə uzanan biznes imperiyası-
Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı:
  Kollec direktorunun başı dərddə-
Vəzifə piramıdasında Əhmədzadələr şəbəkəsi-
Sumqayıt Bələdiyyəsindən əcaib addım-
 “Föqəlnazir”in sonuncu kadrları da “çamadanını hazırlayıb”?-
Günün xəbəri

İcra başçısının “Rels-İnşaat” sevgisi – 1,5 milyon manatı kimlər və hara xərcləyirlər?

Vidadi İsayevin “Rels-İnşaat” sevgisi –

 

2016-cı ildə Bərdə rayonunda dəyəri yüz min manatlarla ölçülən tenderlərin əsas qalibi “Rels-İnşaat” adlı MMC olub.

Xeberinfo.com:  Bu barədə "Qaynarinfo.Az"-a rayondakı qaynaqlardan bildirilib.

Belə ki, Bərdə Rayon İcra Hakimiyyəti (RİH) Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin sifarişi ilə işıq dirəklərinin satın alınmasını həyata keçirən “Rels-İnşaat”a bu məqsədlə 145 min manata yaxın vəsait ödənilib. 

Bərdə RİH-in Bərdə şəhər inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinin mənzil fondunun əsaslı təmiri işlərinin satın alınması məqsədi ilə keçirilən tenderinin qalibi də adıçəkilən şirkət olub. “Rels-İnşaat”a bu məqsədlə 120 min manatdan bir qədər artıq vəsait ödənilib. 

Bundan başqa, rayon icra hakimiyyəti şəhərin abadlaşdırılması işlərini də “Rels-İnşaat”a həvalə edib. Bu məqsədlə 2016-cı ildə şirkətə yarım milyon manata yaxın, bir qədər də konkretləşdirsək 430 min manat ayrılıb.

Bu il Bərdə Rayon Mədəniyyət və Turizm Şöbəsinin cari təmir işlərinin görülməsi də adıçəkilən şirkətə verilib. Sözügedən məqsədlə “Rels-İnşaat”a 70 min manata yaxın vəsait ödənilib. 

Ümumiyyətlə, Bərdə RİH bu il üst-üstə 1.496.295 manatı küçələrin asfaltlanması, şəhərin abadlaşdırılması, işıq dirəklərinin satın alınması, mənzil fondunun əsaslı təmirinə yönəldib və bu işlərin  hamısı üçün nə sirri-xudadırsa, "Rels-İnşaat" MMC-ni podratçı seçib.

Rayondakı qaynaqlar bunu – yəni ümumi dəyəri 1,5 milyon manata çatan müşaiyət olunan satınalmaların “Rels-İnşşat”a sifariş edilməsini təsadüfi saymırlar. Hesab olunur ki, bu, rayon rəhbəri Vidadi İsayevlə adıçəkilən şirkət arasında naməlum bağlarla əlaqədar ola bilər. 

Qeyd edək ki, Bərdənin yerli rəhbərliyinə qarşı korrupsiya ittihamlarının əsassız olmadığı bu ilin aprelində Hesablama Palatasının yaydığı məlumatla təsdiq olunur. Həmin məlumatdan belə məlum olurdu ki, rayon icra hakimiyyətində və tabeliyində olan idarə, müəssisə və təşkilatlarda keçirdiyi audit tədbirlərinin nəticəsinə uyğun olaraq, Vidadi İsayev cəzalandırılmasa da, RİH-in 3 məsul əməkdaşa töhmət verilib, 5-nə isə xəbərdarlıq elan olunub. Buna səbəb isə məhz ayrılan dövlət vəsaitlərinin təyinatı üzrə xərclənməsi ilə bağlı ciddi nöqsanların aşkarlanmasıdır.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?