Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Tikinti şirkətləri əhalini necə aldadır?

tikinti

Müzəffər Baxışov: «Azərbaycanda ən prestijli şirkətlərin müqavilələrində belə tikintinin bitmə tarixi göstərilmir»

Xeberinfo.com:   Son zamanlar tikinti şirkətlərinin vətəndaşlara güzəştli şərtlərlə mənzil təklifi artıb. Aparılan kampaniya diqqət çəkməyə bilməz. Amma əksər hallarda vətəndaşlara təklif edilən mənzillər hələ tikintisi ya başa çatmayan, ya da ümumiyyətlə, tikintisinə başlanılmayan binalardandır.

Bir neçə müddətdən sonra binaların tikintisinin başa çatdırılacağı vəd edilir. Amma Azərbaycan təcrübəsində isə tikinti şirkətinin vəd verdiyi müddətdə işi başa çatdırdığı və mənzilləri təhvil verdiyi az hallarda rast gəlinir. Vətəndaşlarla imzalanan müqavilələrdə isə mənzillərin təhvil verilməsi müddəti göstərilmir. Bu isə tikinti şirkətinin verdiyi vəd keçdikdən sonra vətəndaşı çarəsiz buraxır. Vətəndaş verilən vədin imzalı şəkildə əksini tapmaması, yəni müqavilədə göstərilməməsi üzündən məhkəməyə müraciət edə bilmir. Mənzilin zamanında təhvil verilməməsi vətəndaşa maddi ziyan da vurur. Kirayə qalan ailələr mənzilləri hazır olmaması üzündən qeyri-müəyyən müddət kirayədə qalmağa məcbur olurlar.

muzeffer-baxishov

Hüquqşünas Müzəffər Baxışov bildirdi ki, tikinti şirkəti ilə imzalanan müqavilədə fiziki şəxslər üçün ödənilməli məbləğin miqdarı və müddəti göstərilir. Və müqavilə başa çatana qədər bu şərtlərə əməl olunmalıdır. M.Baxışovun sözlərinə görə, belə olan halda tikintinin bitmə tarixi də müqavilədə göstərilməlidir: “Mən Azərbaycanda tikinti fəaliyyəti ilə məşğul olan ən prestijli şirkətlərin müqavilələri ilə tanış olmuşam. Amma onlarda belə tikintinin bitmə tarixi göstərilmir. Müqavilənin şərtlərini tikinti şirkətləri özləri müəyyən edirlər. Şirkətlər tərtib etdikləri müqaviləyə özlərinə sərf edən şərtləri daxil edirlər. Sərf etməyənlər isə kənarda qalır. Xüsusilə Azərbaycan kimi hüquqa söykənməyən, vətəndaşların hüquqları tapdanan ölkələrdə bu məsələ ciddi problemlər yaradır. Müqavilədə tikintinin bitməsiylə bağlı məqam olmayanda məhkəməyə müraciətin faydası olmur. Ona görə də vətəndaşlar tikinti şirkətiylə müqavilə bağlayanda öz şərtlərini həmin müqaviləyə daxil etməyə çalışmalıdırlar. Vətəndaşlar çalışmalıdırlar ki, müqaviləyə tikintinin bitmə tarixi daxil edilsin. Əgər bu şərt göstərilsə, tikinti həmin tarixdə başa çatmasa, gecikməylə bağlı hüquqi və fiziki şəxsə dəymiş ziyanla bağlı məhkəmədə iddia qaldırıla bilər”.

M.Baxışov vurğuladı ki, əgər müqavilədə tikintinin bitmə tarixi qeyd edilərsə, o zaman məhkəmə vətəndaşın müraciəti nəticəsində məcburiyyət qarşısında qalıb həmin iddianı təmin edə bilər.

Azadliq.info 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam