Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Ziya Məmmədov "Azəryolservis»"-i də itirə bilər


   

 

                               Cavid Qurbanovla Ziya Məmmədov "üz-üzə" 

 

 

     "xeberinfo.com": Nəqliyyat Nazirliyi "qara buludlar"ın əhatəsində qalmaqda davam edir. Deyəsən bu "qara bulud"lar nazirliyi "qara gün"ə çıxaracaq. Bir neçə ay bundan öncə Nəqliyyat naziri Ziya Məmmədov paytaxt nəqliyyatını və neft sektorundakı payını itirməsinə baxmayaraq, çalışır ki "Azəryolservis" ASC-ni tam olaraq öz nəzarəti altında saxlasın. Amma heç də hər şey nazirin fikirləşdiyi kimi olmayacaq. Qeyd etdiyimiz ASC-nin rəhbəri Cavid Qurbanov bütün imkanları ilə nazirin planına qarşı çıxmaqla bərabər, hətta "Azəryolservis" ASC-nin Nəqliyyat nazirliyinin tabeçiliyindən almaq üçün hər cür vasitələrdən istifadə edib.

 

  Redaksiyamızı məlumatlandıran mənbənin sözlərinə görə, son bir ay ərzində nazirlə sədr arasında aparılan danışıqlar heç bir nəticə verməyib. Mənbənin məlumatına görə, Cavid Qurbanov nazirin ona təklif etdiyi islahatların heç biri ilə razılaşmayıb və buna görə də onlar arasında gərginlik son həddə çayıb.

 

   Mənbənin məlumatına görə Cavid Qurbanovun Ziya Məmmədovla münasibətlərinin pisləşməsinin səbəbləri var. Sən demə Nazirin "Azəryolservis"də apardığı kadr islaharları Qurbanovu qəzəbləndirib. Nazir öz qohumlarını "Azəryolservis"ASC-də ən yüksək vəzifələrə təyin edib. Onu da qeyd edək ki, nazir qardaşı Nəriman Məmmədovu Cavid Qurbanova müşavir təyin edəndən az sonra qardaşının kürəkənini  "Azəryolservisdə" ASC-də şöbə müdiri təyin təyin edib.

 

  Mənbəmizi onu da qeyd edir ki, "Azəryolservis" ASC sədri cavid Qurbanov bütün bu söhbətlərdən sonra bütün resurslarını işə salıb və əlində kifayət qədər nəğd olması üçün Xəzər sahilində Qızılqum sanatoriyasının yaxınlığındakı Həyat istirahət mərkəzini satışa çıxarıb.

 

   Başqa məlumata görə, may ayının sonuna kimi hər şey bəlli olacaq. Məlumatda qeyd olunur ki, may ayında "Azəryolservis" ASC-nin Nazirliyin tabeçiliyindən çıxarılması barədə Nazirlər Kabinetinin qərarı gözlənilir. Bu isə nazir Ziya Məmmədovun tamamilə zəifləməsi və sıradan çıxması deməkdir desək yanılmarıq. Bildirilir ki, bundan sonra nazirin son ümid yeri "Azərbaycan Dəmir Yolları" QSC hesab olunur. "Azərbaycan Dəmir Yolları" QSC-i də nazirliyin tabeçiliyindən çıxarılsa, artıq Nəqliyyat Nazirliyi formal qruma çevriləcək.

 

    Mövzu diqqətimizdədir

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam