Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Çilçıraq biznesinin başında duran icra başçısı

 

Zakir Fərəcov Azərbaycana gətirilən ən bahalı lüsterlərin inhisarçısı imiş 

Xeberinfo.com:   Sumqayıtın icra başçısı Zakir Fərəcovun adı daha bir qalmaqallı məsələyə qarışıb. JAM.AZ xəbər verir ki, indiyə qədər bir çox bizneslərdə, habelə MTN şefi Eldar Mahmudovla yaxşı münasibətdə olması səbəbindən adı gündəmə gələn icra başçısının bu dəfə ismi çilçıraq biznesində hallanmağa başlayıb. 
Etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, Zakir Fərəcov uzun illərdən bəri Azərbaycana gətirilən və dəyəri yüz minlərlə manatla ölçülən çilçıraqların inhisarçısıdır. Məlumatlarda vurğulanır ki, Sumqayıtın icra başçısı xeyli müddətdir bu işlə məşğuldur. Hətta onun satış üçün gətirdiyi lüsterlər arasında qiyməti 150-200 min manata olanları da var. 
Maraqlı məqamlardan biri isə odur ki, icra başçısı dövlət qurumlarının binalarında quraşdırılan ən bahalı çilçıraqların da satıcısı kimi çıxış edib. Keçirilən tenderlərə təklif olunan həmin lüserlərin qiymətləri isə bir neçə dəfə şişirdilib.
Məlumata görə, Milli Məclisin binasının təmiri zamanı Zakir Fərəcov da yardımçı olub. Belə ki, o, binanın işıqlandırma sisteminə aid olan bütün vəsaitlərin hamısını verib. Üstəlik, bir neçə bahalı çilçıraq da bağışlayıb. 
Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam