Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

“Abşeron” sanatoriyasında konsert pulu yığılır

 

Mərdəkanda yerləşən "Abşeron” sanatoriyasında müalicə alanlar sanatoriyanın işçilərindən narazılıq edirlər.

 

Xeberinfo.com:  VİZUAL.az xəbər verir ki, ora müalicə olunmaq üçün gedən şəxslər bazarla qarşılaşıb.

Yataq otağı verən qeydiyyat şöbəsinin növbətçiləri, yataq dəsti verən təsərrüfat bacısı, müalicə alacaq şəxsin hansı stolda əyləşəcəyini müəyyən edən yeməkxanadakı növbətçilər, otağa baxan xidmətçilər xəstələrdən pul tələb edir.

Şikayətçilər deyirlər ki, müalicə almaq üçün gedən şəxslərin hər biri 730 manatlıq göndərişlə gedirlər: "Yəni həmin şəxs üçün qeyd olunan məbləğ sanatoriyaya ödənilir. Buna görə də orada müalicə alan şəxslər əlavə pul ödəməli deyil.

Amma sanatoriyanın müalicə korpusunda xəstəni müayinə edən həkimin yazdığı müalicələri icra edən 15-20 tibb bacılarının da öz hesabları var. Yəni onlara da əlavə pul ödənilməlidir. Bu hesab hər bir tibb bacısının icra etdiyi müalicələrə görə 10 manatdan 35 manatadək dəyişir.

Burada da eynilə "mənə bir hörmət elə”, "mənə bir şirinlik ver”, "mənə bir konfet pulu ver” və ya "mənə işlətdiyim dərmanların pulun ver” kimi müraciətlərlə xəstələrdən rüşvət istəyirlər”.

Şikayətçilər deyilər: "Axşamlar sanatoriyanın mədəniyyət sarayında əyləncə konsertləri təşkil edirlər. Əməkhaqqı vermədikləri üçün mədəniyyət sarayının ansambl üzvləri sanatoriyada işləməkdən imtina ediblər.

Elə buna görə də əyləncə şənliklərinə məcburən kənardan ansambl dəvət edirlər və ansambl üzvlərinə verəcəkləri pulları əyləncə şənliyində iştirak edən hər xəstədən 1 manat pul yığmaqla ödəyirlər. Sanatoriyanın həyətində küçə itləri, yeməkxanasında pişiklər, yataq otağında isə siçanlar olur. Bu da orada müalicə alan şəxslərin narazılığına səbəb olub. Ümid edirik ki, aidiyyəti qurumlar sanatoriyada baş verən mənfi hallarla bağlı tədbir görəcəklər”.

Qarşı tərəfi dinləməyə hazırıq. Mövzunu diqqətdə saxlayacağıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam