Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Polis polkovnik-leytnantına şok ittiham

 

Məcburi köçkün Tariyel Məmmədovun saxtakarlıqda, dələduzlarla əlbir iş gördüyünü iddia edir
Xeberinfo.com:   Sumqayıt şəhərində məskunlaşmış Qubadlı rayon Əfəndilər kəndindən məcburi köçkün Həsənov Mübariz Həsən oğlu Gəncə şəhər 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin  rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədov və Kəpəz rayon Məhkəməsinin hakimi Yaşar Həşimovdan şikayətçidir.
21.07.2015-ci il tarixdə Gəncə şəhər sakini Rzayev Seymur Akif  oğlundan 99 XD 932 dövlət nişanlı “Ford Transit” avtomobilini 14.000 manata alan Mübariz Həsənov bildirir ki, avtomobili adına rəsmiləşdirərkən ona 50 CV 758 dövlət nömrə nişanı verilib. Bir ay sonra  Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin iclasında iştirak etməsi üçün ona bildiriş təqdim edilir.
“Məhkəmə iclasında  mənə məlum oldu  ki, Gəncə şəhər sakini Abbaslı Şamil Məhəmməd oğlu məhkəmədə iddia qaldıraraq göstərib ki, 99 XD 932 nömrə nişanlı “Ford Transit” markalı avtomobil ona məxsus olub. Tanıdığı Gəncə şəhər sakini Rzayev Seymur Akif oğlu onun etibarından sui-istifadə edərək həmin maşını təmir etdirib alacağını  bildirib. Hətta ona 3000 manat beh verib. Sonra həmin avtomaşına saxtakarlıqla etibarnamə düzəltdirib 9 saylı Rayonlararası Qeydiyyat-İmtahan şöbəsinin  rəisi polis polkovnik-leytenantı Tariyel Məmmədovun köməkliyi ilə öz adına sənədləşdirib  mənə satıb”, – deyə Mübariz Həsənov bildirib.
Onun sözlərinə görə, S.Rzayev eyni vaxtda Şamil Abbaslıya məxsus digər “Ford Transit” markalı 99 GZ 932 nömrə nişanlı avtomobili isə Ucar rayon sakini Səfərov Ağaqulu Qəfər oğluna satıb: “Kəpəz rayon Məhkəməsi Ş.Abbasovun iddiasını təmin edib. Hər iki avtomobillərin alqı-satqı  və qeydiyyat sənədləri etibarsız hesab edilib və iddiaçıya qaytarılmasına dair 19.11.2015-ci il tarixdə qətnamə çıxardıb.
Amma təəssüf olsun ki, sənədləşmə işində adı hallanan Tariyel Məmmədov və Seymur Rzayev cinayət məsuliyyətinə cəlb edilməyiblər. Axı bu necə olur, etibardan sui-istifadə edib hər birinin dəyəri 10 000 manatdan çox olan iki avtomobili saxtakarlıqla sənədləşdirən şəxsin barəsində heç bir tədbir görülmür? Hakim bu şəxslərin əməllərinə hüquqi qiymət vermədi.
Mən də həmin avtomobili aldıqdan bir ay sonra Cəlilabad rayon sakini Quliyev Tofiq Azadxan oğluna satmışam”.
Şikayətçi M.Hüseynov hüququnun pozulması ilə bağlı Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət  Məmmədova, Baş prokuror Zakir Qaralova, Daxili işlər naziri Ramil Usubova və Baş Dövlət Yol Polis İdarəsinin rəisi Ramiz Zeynalova müraciət edərək, məsul şəxslərin cəzalandırılmasını istəyib.
Şikayət əsasında 05 fevral 2015-ci il tarixdə Daxili İşlər Nazirliyinə göndərilən sorğu cavabsız qalıb.
bizimyol.info

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam