Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Daha bir qumarxana məkanı

 

Bu dəfə qumarbazlar «Avto Cars» reklam lövhəsinin arxasında gizlənməyə çalışıblar 

Xeberinfo.com:  Son dövrlər Bakıda qumarxanaların sayı sürətlə artmağa başlayıb. Bir müddət əvvəldən etibarən yağışdan sonrakı göbələklər misalı çoxalan bu məkanlara daha biri əlavə olunub. 

Belə ki, Ayna Sultanovanın heykəlinin arxasında yerləşən yeni binanın 1-ci mərtəbəsində «Kontak» mağazasına bitişik «Avto Cars» reklamlı obyektdə açıq-aşkar qumar oynanılır. Jam.az-a verilən məlumata görə, həmin qumarxananın belə bir reklam lövhəsinin altında fəaliyyət göstərməsi bu biznesin bilicilərinin təzə «kəşfi»dir. Onların ağlıyca bu cür «kamflyüaj» onların əməllərini gizlədəcək. Lakin belə məkanlar qısa müddətdə üzə çıxır və bunu bilənlər də elə ətrafda yaşayan insanlar olurlar. 

Maraqlı məqamlardan biri də odur ki, həmin obyektdə qumar oynanıldığını hamı bildiyi halda, Binəqədi Polisi niyə susur. Halbuki qanunun tələblərinə uyğun olaraq, həmin məkan bağlanılmalı və bu işə rəvac verənlər isə məsuliyyətə cəlb edilməlidirlər. Bu addımlar atılmırsa, o zaman ortaya başqa məqamlar və şübhələr çıxmağa başlayır.

 

Redaksiyadan:  Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam