Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən otel - VİDEO + FOTOLAR

Bakıda əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən otel... - VİDEO, FOTOLAR

 

 

“Günəşli” yolunun üzərində yerləşən “Günəşli” oteli açıq-aşkar əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir.
Xeberinfo.com:  Təsadüfən bu yoldan keçən insanlar belə, otelin qapısı önündə “müştəri” çağıran qadınların “hücum”una məruz qalırlar. 
Otelin qapısının önündə toplaşan qadınlar oradan keçən insanlara intim xidmət təklif edirlər. Otel adı ilə fəaliyyət göstərən “Günəşli” əslində, pritondur və otelin həyətindəki balaca daxmalarda qadınlar cinsi istismara məruz qalırlar. Onlardan müştəriləri elə otelin girişində qarşılamaq tələb olunur. 
Belə ki, qadınlar həmin yoldan keçən şəxslərə, avtomobillərə yaxınlaşırlar, oteldə belə bir “xidmət”in təklif olunduğunu deyirlər. 
Qeyd edək ki, otel yaşayış evlərinin arasında yerləşir. Bu durum həmin ərazidə yaşayan sakinləri də narahat edir. Ən acınacaqlısı odur ki, otel “fəaliyyət”ə keçmək üçün gecə saatlarını da gözləmir. Yəni günün istənilən saatlarında burada eyni mənzərə ilə qarşılaşmaq mümkündür. 
Sakinlərin şikayəti əsasında otelin yerləşdiyi əraziyə baş çəkdik. Deyildiyi kimi, qapının önündə duran 3 qadından biri bizə yaxınlaşaraq, oteldə təklif olunan “xidmət”ləri sadaladı, qiymətin isə 50 manat olduğunu bildirdilər: “Hər bir xidmətimiz var, VİP otaqlardır. Gedək..? 50 manata görüşürəm. İstəyirsinizsə, otelin həyətinə gedək. Otelimiz də superdir”.  
Daha ətraflı aşağıda təqdim etdiyimiz videodan izləyə bilərsiniz. 
Musavat.com






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam