Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Cəbrayılov qardaşları ilə bağlı şikayət

 

Deputatın «Dərhal» MMC şirkətinin əlindən zərərçəkənlərin sayı çox imiş 

Xeberinfo.com:   Bir neçə gün əvvəl xəbər vermişdik ki, deputat Rəfael Cəbrayılov və qardaşı Elşən Cəbrayılov Bakı sakinlərini müxtəlif vədlərlə aldadaraq, onların pullarını alıblar. Jam.az
-a şikayət edən Məlahət Qurbanova və Osman Hacıyevin bildirmişdilər ki, onlar lombarda çalışırlar və deputat mənzil tikintisi işləri aparmaq üçün müraciət edərək, pul alıb. 


Şikayətçilərin sözlərinə görə, Cəbrayılovlar ilk dəfə 300 min manatlıq mülkün müqabilində lombarddan 165 min manat götürüblər. Məlahət Hacıyevadan alınan pul indiyə qədər qaytarılmayıb. Əksinə, xanımı pulu geri istədiyinə görə hədələyiblər də. 

Osman Hacıyevə isə 52 min manatlıq mənzil satılsa da, sonradan məlum olub ki, eyni mənzil digər birinə də satılıb. Hətta ikincinin həmin mənzilə dair çıxarışı belə var. 

İşin maraqlı tərəfi odur ki, «Dərhal» MMC-yə rəhbərlik edən Elşən Cəbrayılovun bu işi təkbaşına etdiyi deyilmir. Onun qardaşı, deputat Rəfael Cəbrayılova arxayın olaraq, müxtəlif addımlar atdığı söylənilir. Qeyd edilir ki, qardaşlar uzunmüddətdir bu işlərlə məşğul olurlar və onlardan edilən şikayətlərə baxan belə yoxdur. 

Məlumatlara görə, deputat və qardaşından zərər çəkənlərin sayı heç də az deyil. Əksinə, müxtəlif formada aldadılaraq, pulları əlindən alınmış insanların sayı çoxdur. Və belə şəxslərdən digər bir neçəsi bizə müraciət edərək, saytımız vasitəsi ilə dövlət başçısından yardım istəyirlər. Hazırda həmin şikayətlərin araşdırılması prosesi həyata keçirilir və yaxın günlərdə oxuculara təqdim olunacaq. 

Qarşı tərəfi də dinləməyə hazırıq. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam