Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

İcra başçısı 3 idrəni “hərraca” çıxartdı - ŞOK İDDİA

 

Beyləqan rayonundan daxil olan məlumata görə rayon icra başçısı Vaqif Abdullayev maliyyə krizisinə görə rayonun üç idarəsini açıq aydın hərraca çıxardıb.

"Xeberinfo.com":   Məlumata görə, icra başçısı rayon Kommunal idarəsinin müdiri Arzu Bəndəliyevi, Beyləqan şəhər icra nümayəndəsi Bakir Beyalakişiyevi və Evlər idarəsinin müdiri Telman Sarıyevi vəzifələrindən çıxardacağı ilə bağlı anons verib. Həmin idarə müdirlərinin yerinə təyinat almaq istəyənlər isə 25-30 min manatlarından keçməlidirlər.

Xatırladaq ki, Vaqif Abdullayev Beyləqan şəhər icra nümayəndəsi Bakir Balakişiyevi 3 ay öncə bu vəzifəyə təyin edib. Həmin vaxt icra nümayəndəsi bu vəzifə üçün icra başçısına 25 min manat pul ödədiyi deyilir. İndi isə kriziə düşən icra başçısı adı çəkilən idarələri yenidən hərraca çıxartmaq və başqalarına satmaq qərarına gəlib. Bildirək ki, Vaqif Abdullayevin Beyləqan rayonun daxili büdcəsi hesabına tikdirdiyi uşaq baxşasındakı maliyyə maxinasiyası ilə bağlı ilginc informasiya almışıq. Həmin məlumatı araşdırdıqdan sonra oxucularımıza təqdim edəcəyik/gunxeber

Xatırladaq ki, ötən günlərdə 7News.az saytında Beyləqanla bağlı ilginc məlumatlar dərc edilmişdi. Rayonun icra başçısının fəaliyyəti beyləqanlıları cana yığıb. Rayon camaatı dərdini danışmağa yer tapmır. Hara müraciət etsələr müraciətlərinə cavab verən tapılmır. Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin yol verdiyi nöqsanlar rayonun imicini aşağı salıb. Ölkə başçısının məmurlara xəbərdarlıq etməsinə baxmayaraq, Vaqif Abdullayev də daxil olmaqla əksər məmurlar prezidentin xəbərdarlığına səthi yanaşır. Lakin Vaqif Abdullayev bilməlidir ki, hansısa məmurun səhv addımı ölkə başçısının nəzərindən qaçmır və dərhal həmin şəxs cəzalandırılır. Çünki fəaliyyətində ciddi nöqsanlara yol verən kifayət qədər icra başçısı vəzifədən uzaqlaşdırılıb. Ona görə də Vaqif Abdullayevin fəaliyyətini qaydaya salmasına ehtiyac var. Redaksiyamıza daxil olan məlumatlarda göstərilir ki, Vaqif Abdullayev rayonun inkişafı üçün bu vaxta qədər heç nə etməyib. Beyləqan inkişafdan qalmış rayonlar sırasındadır. Bütün bunlar icra başçısının fəaliyyətsizliyi nəticəsində baş verib. Mənbə bildirir ki, Beyləqan rayon icra başçısı rayon sakinlərini narahat edən məsələlərə əhəmiyyət vermir. O, şəxsi rifahının yaxşılaşması istiqamətində qurub. Bu vəziyyətə görə rayon sakinləri narazılıqlarını ifadə edirlər. Belə bir icra başçısının vəzifədə qalmasını qətiyyən istəmirlər. Beyləqanlılar lazımi orqanlardan Vaqif Abdullayevin fəaliyyətini araşdırmağı xahiş edirlər. Vətəndaşlar hesab edir ki, icra başçısının fəaliyyəti araşdırılarsa, onun vəzifədə qalmaması üçün bir çox faktlar orta çıxa bilər. Çünki bu şəxs barəsində kifayət qədər yazılar yazılsa da, lazımi qurumlara müraciətlər ünvanlansa da, Vaqif Abdullayev fəaliyyətini nəzərdən keçirmir. Mənbənin sözlərinə görə, Beyləqanın sosial-iqtisadi inkişafında irəliləyişlərə nail olunmasından ötrü dövlət büdcəsindən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir. Vaqif Abdullayev icra başçısı təyin olunduqdan sonra Beyləqan ölkənin ən geridə qalmış rayonlarından birinə çevrilib: "2012-ci ildən indiyə qədər tikinti-abadlıq işləri aparılmayıb. Su təchizatı və kanalizasiya sistemi bərbad haldadır. Bu sahənin yenidən qurulması məqsədilə büdcədən ayrılan vəsaitlərdən düzgün istifadə olunmur. Deyilənlərə görə, Vaqif Abdullayevin kifayət qədər imkanı var və o, bütün bunları büdcə vəsaitləri hesabına əldə edib. Onun indiyədək 4 əzəmətli, bahalı villası var idisə artıq yenisini də əldə edib. Vaqif Abdullayevin 5 övladı olduğu üçün o, onların hər birinə lazımi şərait qurub, hətta hərəsinə bir villa da alıb".Bundan başqa bizə verilən məlumata görə, Beyləqanın təhsil sahəsi də ürək açan deyil. Rayonda təhsilin keyfiyyətindən əsər-əlamət qalmayıb. Rayonda təhsilin səviyyəsinin yaxşılaşdırılması istiqamətində hansısa lazımi addımlar atılmır. Ona görə də rayon təhsili uçurumun bir addımlığındadır. Bütün bunlara isə birbaşa məsuliyyət daşıyan şəxs rayon təhsil şöbəsinin müdiri Tofiq Sadıqovdur. Bu şəxsə rayonda gözün üstə qaşın var deyən yoxdur. Verilən məlumatlara görə, Sadıqov Vaqif Abdullayevin sevimli kadrlarından biridir. Harada oturursa deyir ki, mən Vaqif Abdullayevin adamıyam. Məni heç kəs işimdən çıxara bilməz. Mən heç kəs göstəriş verə bilməz. Bu şəxs təhsilin keyfiyyətinin yaxşılaşması üçün müvafiq işlər görmək əvəzinə bu sahədə özbaşınalığa yol verir. Odur ki, rayonda məktəblərdə özbaşınalıq baş alıb gedir. Şagirlərin dərsə davamiyyəti zərifdir. Məktəbə nə gələn bəllidir, nə də gedən. Lakin nədənsə Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri qeyd olunan nöqsanların aradan qaldırılmasında bir o qədər də maraqlı görünmür. Bu şəxs müəllimləri müəyən "şərt"lər qarşılığında işlə təmin edir. Bundan başqa deyilənlərə görə, təhsil şöbəsinin müdiri Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin himayəsinə arxalanır və bir sıra məsələlərdə məhz onun adını çəkməklə məqsədini reallaşdırmağa müvəffəq olur.

7News.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam