Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

MTN-in saxlanılan generalı Teymur Quliyev kimdir?

 

Xəbər verdiyimiz kimi, Xüsusi Dövlət Mühafizə Xidmətinin və Baş Prokurorluğun əməkdaşları MTN-də xüsusi əməliyyat keçirib.Əməliyyat nəticəsində nazirliyin bir sıra yüksək rütbəli əməkdaşları saxlanılıb. Onlardan biri də general-mayor Teymur Quliyevdir.
Bəs bu general Teymur Quliyev kimdir?
"Xeberinfo.com":   Məlumata görə, vbirtualaz.org saytı dəqiqləşdirib ki, 1970-ci ildə Bakıda anadan olan Teymur Quliyev Xalq Təsərrüfatı İnstitutunu (indiki İqtisad Universiteti) bitirib.
Teymur Quliyev daha sonra DİN sistemində çalışıb. DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə idarəsində gələcək MTN rəhbəri Eldar Mahmudovun bilavasitə rəhbərliyi altında işləyib.
Eldar Mahmudov milli təhlükəsizlik naziri təyin olunandan sonra T.Quliyevin də iş yeri dəyişir. O, MTN-də təchizat şöbəsinin rəisi postuna gətirilir. Lakin bu vəzifədə az işləyir və tezliklə daha yüksək posta – MTN-in Monitorinq Mərkəzinin rəisi vəzifəsinə təyinat alır. 2012-ci ildə ona general-mayor hərbi rütbəsi verilir.
Teymur Quliyevin mərhum atası Rəcəb Quliyev uzun illər polis sistemində işləyib. Bir sıra rayonların polis rəisi olub. T.Quliyevin əmisi Rəhim Quliyev də polis sistemində işləyib. DİN-də məsul vəzifələr tutub. 1980-ci ildən isə daxil işlər nazirinin müavini olub. Quliyevlər əslən Gədəbəy rayonundandır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam