Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

20 ilin deputatları - Siyahı

Bu il noyabrın 1-də Azərbaycan Respublikası 5-ci çağırış Milli Məclisə seçkilər keçirləcək. 1995-ci ildən bəri Milli Məclisdə staj toplayan millət vəkilləri az olmayıb. Biz onların əksəriyyətini bu 20 ildə deputat nişanı ilə görmüşük. Onları dəyişmirlər və qarşıdakı  5 ildə də deputat kimi fəaliyyət göstərməyə iddialıdırlar

"Xeberinfo.com":  Strateq.az-a istinadən artıq 4 dəfə deputat ola bilmiş və hazırda 1 noyabr seçkilərinə qatılmış millət vəkillərinin siyahısını təqdim edirik:
 

Vasif Talıbov

vasif-talibov.jpg

1995-ci ilin soyuq noyabrında Milli Məclisə keçirilən seçkilərdə 1 saylı Şərur-Sədərək dairəsindən deputat seçilən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov o vaxtdan indiyədək - artıq 20 ildir- Azərbaycan parlamentinin üzvüdür. Bu illər ərzində o, xüsusi hallarda parlamentin işinə qatılıb. O, yeni YAP-ın sıyahısı ilə namizəd olub.

Eldar İbrahimov

Eldar Ibarhimov.jpg

Parlamentin nüfuzlu deputatlarından sayılan Eldar İbrahimovun parlamentar stajı 95-ci ildən də o yana gedir. Bu illər ərzində Eldar müəllim məşğul olduğu sahəni dəyişməyib. Millət vəkili uzun illərdir parlamentin aqrar məsələlər üzrə qurumuna rəhbərlik edir. O qarşıdakı 5 ili də parlamentdə işləməyə iddialıdır.       

Madər Musyaev

 

thumb_90_68_mader.jpg

Siyahıda Madər Musayev də var.  O hələ uzaq 1990-cu ildə mağaza müdiri olarkən Ali Sovetin deputat kreslosunda oturmağa imkan tapıb. Və o vaxtdan indiyə qədər oturduğu yerə sadiqdir. Hacı Madər də Milli Məclisi kreslodan səssiz seyr etməyi  xoşlayan deputat olub. O, yenə də Binəqədini parlamentdə təmsil edəcək. Bu günlərdə verdiyi müsahibədə bildirib ki, “İnsan bir işə alışanda onun üçün asan olur”...

Hadı Rəcəbli

hadi.jpg

Lənkəranlı seciciləri təmsil edən Hadi Rəcəbli dairəsini dəyişməyib.  İlk dəfə seckilərə bitərəf kimi qatılan Hadi müəllim sonrakı seçkilərdə Yeni Azərbaycan Partiyasını təmsil edib. O da 5-ci dəfə mandat  qazanmağa çalışanlar sırasında yer alır.

Fəzail Ağamalı   


thumb_90_68_fezail-aqamali-yeni.jpg

Stajlı parlamentarlardan biri də Fəzail Ağamalıdır. “Ağamalıyev” soyadı ilə 1996-cı ildə Ana Vətən Partiyasından təkrar seçkilərə qatılandan deputat nişanı atxır.  2005- 2010--cu illərdə F.Ağamalı  Salyan-Neftçala seçicilərini parlamentdə təmsil edib. O, da  5-ci dəfə parlamentə seçilməyə çalışır.

Fəttah Heydərov

Fettah-Heyderov-2.jpg

Daha bir qocaman millət vəkili Fəttah Heydərovdur. O, hər 4 çağırışda 61 saylı Qəbələ dairəsini təmsil edib. Bu dəfə də dairə dəyişməyib.

Xanhüseyn Kazımlı

xabhuseyn-kazimli.jpg

Ölkədə qiymətləndirmə üzrə peşəkar mütəxəssis olan Xanhüseyn Kazımlı da parlamentin stajlı millət vəkillərindəndir. Düzdü, o, Milli Məclisə bir qədər gec- 1999-cu ildə gəlib. Həmin ilin may ayında yeni seçki keçirilib və cənab Kazımlı deputat mandatı qazanıb. Bu dəfə də fikrindən daşınmayıb.

Arif Rəhimzadə

arif-rehimzade.jpg

Milli Məclisin “pionerlərindən” olan Arif Rəhimzadə isə elə ilk seckidə Milli Məclisin sədrinin müavini postuna gətirilib. İki çağırışda bu postu tutan cənab Rəhimzadə indi MM-in Reginoal məsələlər komitənin sədridir. A.Rəhimzadə 5-cü dəfə də seçilmək arzusundadlr.

Zeynəb Xanlarova

thumb_90_68_zeyneb_xanlarova.jpg

SSRİ xalq artisti Zeynəb Xanlarova 1995-ci ildən bu yana parlamentin üzvüdür. Zeynəb xanım növbəti seçkilərdə də qalib gəlmək niyyətindədir.  

İmamverdi İsmayılov

imamverdi_ismayilov.jpg

Parlamentin digər stajlı deputatı Zəngilandan olan millət vəkili İmamverdi İsmayılovdur. İclaslarda çox nadir hallarda danışan İ.İsmayılov da qarşıdakı 5 ili parlamentdə keçirmək niyyətini dəyişməyib.            

Mixail Zabelin

mixail zabelin(09.04.2014).jpg

Daha bir deputat Mixail Zabelin 20 ildir ki, rus icmasını parlamentimizdə dinməz-söyləməz təmsil edir. Çox böyük ehtimalla daha 5 il təmsil edəcək və onun da deputatlıq müddəti 2020-ci ilədək sürəcək.   

Ziyafət Əsgərov

ziyafet.jpg

1995-ci ildən bəri siyasi karyerasını inkişaf etdirməyi bacaran millət vəkillərindən biri də Ziyafət Əsgərov olub. 1997-ci ildə deputat Fuad Quliyev baş nazir  təyin edildikdən sonra 34 yaşlı Ziyafət Əsgərov onun deputat yerini tutub. Daha sonra cənab Əsgərov Milli Məclisin birinci vitse-spikeri postuna qədər gəlib. İndi yenə iddialıdır. Namizədliyi YAP tərəfindən irəli sürülüb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam