Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Qəbələ Xanlar”-ın turistlər və milli qonaqlar üzərində xanlığı

 

Qəbələdə təbiətin gözəl mənzərəsində yerləşərək, ilk baxışdan zövqü oxşayan bu “İstirahət mərkəzi”nin pərdəarxasında baş verənlər, həqiqətən insanın canını bir müddət “rahatlayır”.

"Xeberinfo.com":   Məlumata görə, ölkə başçısının bu restoranda olmasını, buranı bəyənməsini əllərində şüar edərək müştərilərə istədikləri qiyməti deyən restoran rəhbərliyi, çəkinmədən istədikləri kimi hərəkət edir.

Restorana qonaq olan ailə sonda hansı mənzərə ilə rastlaşacağından xəbərsiz dincəlməyə qərar verir. Sifariş verdin-vermədin, masanın üzərinə gələn qəlyanaltı və içəcəklər ilk baxışdan xoş görsənir. Lakin verdiyin sifariş birə beş hesaba vurularaq, London restoranı qiymətinə yazılır bixəbər müştərinin “ayağına”. Hələ bəzən restoranın mərkəzində bir qədər daha səliqəli və bəzədilmiş yeri göstərərək, “burada Kəmaləddin Heydərov oturur”, deyə fəxr ilə restoranlarının “tas”ını qaldırmağa çalışırlar. Ən maraqlı məqamlardan biri də odur ki, sifarişini verdin-vermədin sənə “yüklənən” “şotun” 10%-ni əlavə olaraq ofisiantın xidmət haqqı adı ilə səndən alırlar. Qeyd edim ki, xidmət göstərən ofisiantın bildirdiyinə görə, ona bu 10%-dən qəpik-quruş çatır. Bu xidmət haqqı isə nəinki Bakının mərkəzindəki, heç İstanbul restoranlarda belə yoxdur.

Bəs görəsən bu gəliri barəsində müştərilərə heç bir qəbz filan verməyən restoran sahibi, dövlətə nə qədər vergi ödəyir? Yəqin ki, gəlirinin 2%-ni? Çox güman ki, bu da elə bir ciddi məbləğ deyil?! Bəs hər bir müştəriyə “oxuduğu” hesabın 10%-ni ofisianta xidmət haqqı kimi tutan restoran, görəsən bu ofisiantlar ilə əmək müqaviləsi bağlayıbmı? Bu artıq müvafiq qurumların işidir.

Beləcə “Qəbələ Xanlar” turistlər və milli qonaqlar üzərində öz xanlığını edir.

P.SBu xəbər “Xanlar”da soyğunçuluqla üzləşən vətəndaşın şahidliyi ilə hazırlanıb.

Azpolitika.info

qebele-xanlar-istrahet8


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam