Redaktor seçimi
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
Günün xəbəri

Masallı səhiyyəsi haqda ilginc iddialar

 

Masallı rayonunda səhiyyə sisteminin ağır durumda olmasına dair yerli sakinlərdən aldığımız şikayət məktublarının ardı-arası kəsilmir.
"Xeberinfo.com":   Artıq dəfələrlə qeyd olunduğu kimi, bu məktubların istisnasız olaraq hamısında rayonun səhiyyə sistemində yer almış rüşvətxorluq və korrupsiya hallarından bəhs edilir. Eləcə də bütün hallarda Masallı səhiyyəsində yaşanan çoxsaylı problemlərə görə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Cəlil Nəzərov ittiham olunur. Məktublardan birində oxuyuruq: “Etiraf edim ki, qəzetinizdə dərc olunan məqalələrdə mənim toxunmaq istədiyim bütün məqamlar da öz əksini tapıb. Bununla belə, bizim hər gün çəkdiyimiz ürək ağrısını siz duya biməzsiniz. Çünki biz, Masallı sakinləri Cəlil Nəzərovun özbaşınalıqlarının birbaşa qurbanlarıyıq. Bu insanın başçılığı altında bu gün rayonumuzun səhiyyə sistemi əməlli-başlı çöküb...” Daxil olan məlumatlarda daha çox diqqəti çəkən məqamlardan biri kimi RMX-da fəaliyyət göstərən tibbi komissiyanın işində yol verilən çeşidli saxtakarlıqlar qeyd oluna bilər. İddialara görə, müxtəlif arayışların verilməsi prosedurlarını əməlli-başlı kommersiya fəaliyyətinə çevirmiş baş həkim, bu işləri tam nəzarətdə saxlamaq üçün onların icrasını belə tibb sahəsi ilə heç bir əlaqəsi olmayan şəxslərə tapşırıb: “Vəziyyət hətta o yerə çatıb ki, rayonumuzda bəzi tibb müəssisələrində bu sahəyə heç bir aidiyyatı olmayan şəxslər ağalıq edirlər. Masallı sakinlərinin əksəriyyəti təsdiq edə bilər ki, Cəlil Nəzərov rayonda olmadığı vaxtlarda xəstəxananın möhürü, tibbi komissiyanın blankları və digər rəsmi sənədlər baş həkimin müavinlərinin deyil, digər mülki vətəndaşların sərəncamında olur. Həmin şəxslər isə bu zaman əsil dəllal rolunda çıxış edirlər. Həkim komissiyalarına müraciət edən xəstələr də bu dəllalların əlində girinc olublar. Cəlil həkimin öz müavinlərindən daha çox etimad göstərdiyi bu şəxslərdən Həsənli kənd sakinləri Akif, Yaşar və Yaşarın qardaşı xəstələrə qarşı daha çox özbaşınalıqları ilə seçilirlər...” Həmçinin, rayon sakinlərindən Masallı RMX-nın fəaliyyəti ilə bağlı aldığımız məktublarda çoxsaylı şikayətlər doğuran növbəti məqamlardan biri kimi dərman preparatları ilə törədilən maxinasiyaları göstərmək olar. Açıqlamalrda bildirilir ki, məhz tibb müəssisələrinə dərmanların alınması prosedurları rayonun səhiyyə sistemində ən çox saxtakarlığa yol verilən sahələrdən biridir. Vurğulanır ki, bu əməliyyatlar zamanı çeşidli maxinasiyalara yol verilir, qaimə sənədlərində şişirdilmiş qiymətlər göstərilir. Rayonun tibb müəssisələrində Səhiyyə Nazirliyinin xəstələrin ərzaq və dərman preparatları ilə təmin olunmalarına dair verdiyi təlimatlar da kobud şəkildə pozulur. Belə ki, xəstəxananın rəhbərliyi hətta güzəştli kateqoriyadan olan xəstələrə də pulsuz dərmanların verilməsinə icazə vermir. Buna görə də vətəndaşlar məcburiyyət qarşısında qalaraq həmin dərmanları pulla alırlar. Bu xüsusda rayondan aldığımız bir məlumatda qeyd olunur: “Dərman qıtlığına gəlincə isə, rayonda hamı bilir ki, bu qıtlıq süni şəkildə, məhz Cəlil Nəzərovun səyləri nəticəsində yaradılır. Şəkər, əsəb və digər xəstələr uzun növbələrdə öz sağlamlıqlarını daha çox itirirlər. Sanki baş həkim Masallının təkcə səhiyyə sisteminə deyil, sadə vətəndaşlarına, xüsusən də xəstələrə qənim kəsilib...” Bundan başqa, aldığımız məktublarda narazı vətəndaşlar Cəlil Nəzərovun yürütdüyü yarıtmaz kadr siyasətinin də ciddi fəsadlara yol açdığını xüsusi olraq qeyd edirlər: “Xəstəxanada ciddi kadrproblemi mövcuddur. Həkimlərin əksəriyyəti savadsızdır. Savadlı həkimlərin çoxu Cəlil Nəzərov tərəfindən işdən kənarlaşdırılıb. Bəzi hallarda xəstəliyə aid olmayan müayinə və müalicə təyin olunur ki, bu da sonda xəstənin vəziyyətinin daha da ağırlaşması ilə nəticələnir. Hətta xəstəxanaya ağır vəziyyətdə gətirilən və cərrahiyyə əməliyyatına ehtiyacı olan xəstələrin yaxınlarından müəyyən miqdarda pul tələb olunur. Əgər xəstənin imkanı normaldırsa, dərhal əməliyyata götürülür. Əks təqdirdə, heç bir həkim ona yaxın durmur...”

Materialda irəli sürülən ittihamlara qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq. 
Dia.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam