Redaktor seçimi
Yanğın... Mesaj... Sual...-
RUSİYA DOLLARIN BUXOVUNDA! –
     1109 SAYLI MƏHKUM-
Qorxmaz Hüseynova və qardaşına
Məktəb direktoruna korrupsiya ittihamı-
Qarabağ veteranı, qocaman müəllim prezidentdən kömək istəyir: 
Qorxmaz Hüseynova və qardaşına ŞOK ittihamlar:
“Azərsu”dan mətbu sayqısızlıq nümunəsi, yoxsa...?-
Günün xəbəri

Təhsil naziri Mikayıl Cabbarov nə ilə məşğuldur?

 

Şəmkir rayonunun Seyfəli kəndindəki Müşfiq Süleymanov adına tam orta məktəbin kitabxanaçısı Flora Qurban qızı Məmmədova Qafqaz Xəbər Agentliyi ( qafqaznews.az) vasitəsilə ölkə başçısı İlham Əliyev cənablarına müraciət edib.

"Xeberinfo.com":  Məlumata görə, müraciətin surəti H.Əliyev Fondunun Prezidenti Mehriban Əliyevaya, Baş prokuror Zakir Qaralova, təhsil naziri Mikayıl Cabbarova və maliyyə naziri Samir Şərifova ünvanlanlb. Müraciətdə deyilir: “ Yazıb sizə bildirirəm ki, kitabxanaçı işlədiyim məktəbin direktor əvəzi Akif Namazovun əməlləri barədə dəfələrlə Şəmkir rayon Təhsil şöbəsinə məlumat versəm də heç bir tədbir görülməyib. Akif Namazov əvvəllər məhkum olunub və 8 ay həbsxanada cəza çəkib. O, hazırda məktəbdə direktor əvəzi kimi rüşvətxorluqla məşğuldur. Direktor 2013-cü ilin oktyabr ayında hazırkı laborantdan 3000 manat pul alaraq ona məktəbdə ştat açdırıb. 2014-cü ilin may ayında aşağıdakı müəllimələrin adına kursa getmək və xəstəlik adı ilə “ikiqat maaş” yazaraq xeyli pul mənimsəyib. Beləki fizika müəlliməsi Xəlilova Aidə, musiqi müəlliməsi Abbasəliyeva İlhamə Bakıda kursda olduqları halda onlar məktəbdə dərs deyən kimi qeyd olunmuş və “ikiqat maaş” alınmışdır. İbtidai sinif müəlliməsi Zəminə Məmmədova, rus dili müəlliməsi İbrahimova Hicran dərsə ola-ola xəstə kimi qeydə alınmış və yenə onlara “ikiqat maaş” verilmişdir. Əslində pulları direktor əvəzi Akif Namazov öz cibinə qoymuşdur. Direktor əvəzi XI sinif şagirdlərini “aylığa” buraxaraq onlardan 150 manat alır və şagirdlər dərsə gəlmir. Mən dəfələrlə rayon Təhsil şöbəsinin məktəblər üzrə məsləhətçisi Nurəddin Əmiraslanova şikayət eləsəm də, o, A.Namazovu müdafiə edərək deyir ki, direktor düz edir, mən onun tərəfindəyəm. Akif Namazov isə müəllimlərə deyir ki, mən hər həftə Nurəddin müəllimə və Təhsil şöbəsinin mühasibi Arzuya restoranda qonaqlıq verirəm”. Şikayətçi müraciətin sonunda tədbir görülməsi üçün ölkə başçısından kömək istəyir. Qafqaz Xəbər Agentliyinin (qafqaznews.az ) müxbiri Flora Məmmədovla telefon əlaqəsi saxlayıb. Şikayətçi müraciətində yazılanları təsdiq edərək əlavə edib ki: “ Akif Namazov tarix elmləri namizədidir və Milli Elmlər Akademiyasından qovulub və dələduzluğa görə 8 ay həbsxana həyatı yaşayıb”.

P.S. Kitabxanaçı xanım dəfələrlə üzr istəyərək direktorun əməlləri barəsində elə sözlər dedi ki, onu dərc etmək heç cürə mümkün deyil. 

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?