Redaktor seçimi
Rövşən Novruzoğlu Hacıbala Abutalıbova
Elxan Süleymanov barədə şok İDDİA – 6 villa tikdi, körpünü uçurdu, 500 ailənin…
SOCAR-ın sabiq əməkdaşı “od püskürür”-
Nehrəm kəndi:
SOCAR-ın əməkdaşları Qarabağ əlilinin evini belə söküb:
QƏZZA: SƏMA ALTINDA “ƏSİR DÜŞƏRGƏSİ” –
Bakı meri postuna daha bir iddialı-
Günün xəbəri

“Azadlıq Residence” tikinti şirkəti qaydaları pozdu–Nazirlik hərəkətə keçdi

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Qaynar xətt”inə Nəsimi rayonu, M.Mirqasımovla Azadlıq küçələrinin kəsişməsində söküntü işləri zamanı ətrafa toz-dumanın qalxması və yaşıllıqların zədələnməsi barədə daxil olan şikayət Ətraf Mühitin Mühafizəsi Departamentində yaradılmış növbətçi qrup tərəfindən dərhal yerində araşdırılıb

Yenixeber.org: Bu barədə nazirlikdən verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı sözügedən ünvanda söküntü işlərinin aparıldığı, təhlükəsizlik və sanitar normalara əməl olunmadığı, ətraf ərazilərə toz-dumanın yayıldığı və 1 ədəd safora ağacının zədələndiyi müəyyən edilib:
“Araşdırma zamanı “Azadlıq Residence” MMC tərəfindən “Pilot Layihə” çərçivəsində Nəsimi rayon İcra Hakimiyyəti başçısının sərəncamı əsasında ərazidəki mövcud qəzalı binaların sökülərək yerində çoxmərtəbəli yaşayış binalarının tikintisi üçün söküntü işlərinin aparıldığı məlum olub. Mütəxəssislər tərəfindən ərazidə atmosfer havasında ölçmə işləri aparılıb və tozun miqdarının normadan dəfələrlə artıq olduğu müəyyən edilib.
Faktlarla bağlı akt və protokol tərtib olunub. Hazırda qanun pozucusu barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür”.
шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    "Yeni xəbər" qəzetini bəyənirsinizmi?