Redaktor seçimi
Bakı meri postuna daha bir iddialı-
Rektor Akif Süleymanov və onun komandası ATU-ni məhvə sürükləyir...-
Abşeron çalxalanır: qoçu dəstəsi Qarabağ əlillərinə “divan tutur” –
Düşüncələr, təəssüratlar-
Düşüncələr, təəssüratlar -
“Alfa LTD” şirkətinə növbəti ittiham:
“Bakı sarayları” mülk sahibləri ilə qarşıdurmada-
Günün xəbəri

Azərbaycanda işdən çıxarılan 250 nəfər etiraz aksiyası keçirdi- 24 saat vaxt verildi - FOTOLAR

Azərbaycanda işdən çıxarılan 250 nəfər etiraz aksiyası keçirdi

 

 

Süd və süd məhsulları istehsalçısı “Atena” şirkətinin işdən çıxarılan 250 nəfərdən çox işçisi etiraz aksiyası keçirib

 

 

Yenixeber.org: İşdən çıxarılan işçilər aprelin 22-də şirkətin Ağcabədi rayon ərazisində yerləşən ofisi qarşısına toplaşaraq narazılıqlarına hüquqi qiymət verilməsini tələb ediblər.

“Atena” şirkətinin səhmdarlarından biri Arif Rəsulov APA-ya açıqlamasında bildirib ki, xüsusilə satış və mühafizə işində çalışan işçilər işdən azad edilib. Onun sözlərinə görə, zavodun istehsal edilən süd və süd məhsulları başqa firmaya ünvanlanıb: “İşçilər xəbərdarlıq edilmədən işindən azad edilib. Biz təklif vermişik ki, Müşahidə Şurası verdiyi qərarı dondursun. Əgər verilən qərar qüvvədə qalsa, bütün işçilər öz işini itirəcək”.

Aksiya iki saat davam edib. Tərəflərin müvəqqəti razılaşmasına görə, işsiz qalan işçilərə 24 saat ərzində cavab veriləcəyi bildirilib. Bundan sonra etirazçılar zavodu tərk ediblər.

“Atena” –nın  Direktorlar Şurasının sədri Qəmbər Sübhanverdiyev APA-ya açıqlamasında aksiyanı yersiz hesab etdiyini bildirib: “Burda heç kim işdən çıxarılmayıb. Sadəcə şirkət xərclərin optimallaşdırılması üçün xərclərin bir hissəsini başqa şirkətə yönləndirib. Onlar bizim əməkdaşlarımızdır. Əmək qanunvericiliyinə görə, belə bir hal olsa, əmək qanunlarına əməl olunacaq. Biz belə qərar verdik ki, yenidən toplanaq və bir qərar verək”.

шаблоны для dle 11.2

Xəbər lenti

Reklam

Sorğu

    
     

    Saytımızı bəyəndiniz?