Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Ombudsman KİV-ə irad bildirib

 

 

Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində kütləvi informasiya vasitələrinə irad bildirilib

 

Yenixeber.org: Məruzədə qeyd olunub ki, kütləvi informasiya vasitələrində gənc nəslin tərbiyəsinə və formalaşmasına mənfi təsir göstərən, insanlarda bədbinlik və psixoloji sarsıntılar yaradan yazı və məlumatların, xüsusilə də kriminal xəbərlərin verilməsi tərzi, cinayət aləminin nümayəndələrinin dolayısı ilə təbliğ olunması, digər tərəfdən, ayrı-seçkiliyə yol açan, habelə əsassız və ya şayiə xarakterli, həmçinin kənar təsir və təzyiqlər nəticəsində yaranan məlumat və yazıların mətbuatda verilməsi, reketçilik və sui-istifadə halları yolverilməzdir. Fikir, söz və mətbuat azadlığının təmin edildiyi bir vaxtda kütləvi informasiya vasitələrinin nümayəndələri etik davranış qaydalarına riayət etməklə daim peşəkarlığının yüksəldilməsinə çalışmalı, eyni zamanda vətəndaşların qanuni maraqlarına cavab verən məsələlərin işıqlandırılmasına, insan hüquqularının inkişafına və müdafiəsinə dəstək verən ədalətli yazılara üstünlük verməlidirlər.

Sənəd Milli Məclisin aprelin 24-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam