Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

“Park Solero” yaşayış kompleksində nələr baş verir?-PROBLEM

 

“Park Solero” yaşayış kompleksində nələr baş verir?
Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, Abşeron rayonu, Masazır qəsəbəsi, “Park Solero” yaşayış kompleksində ipoteka şərtləri ilə ev alan vətəndaşlar, tikintini aparan və kompleksdə evlərin satışını təşkil edən şəxslər tərəfindən aldadılıb.

Yenixeber.org: Məlumatda qeyd olunur ki, bir neçə il öncə “Park Solero”-dan ipoteka şərtləri ilə ev alan sakinlərə mənzillərin ölçüləri də şişirdilkərək satılıb. “İnvestA”MMC ilə “Bank Respublika”-nın şərikli oyununun qurbanına çevrilən vətəndaşların etirazları artmaqdadır. Lakin tikintini aparan şirkətin rəhbərliyi Namiq və Natiq Quliyev qardaşlarının haqlı etirazlara məhəl qoymaması narahatçılıq yaratmaqdadır. 
Xatırladım ki, vətəndaşları aldadaraq onların küllü – miqdarda vəsaitlərini əlindən alan və dələduzluq edən Natiq və Namiq Quliyevlər həm də “Bank Respublika” – ya rəhbərlik edirlər.

Realliqinfo.org –a daxil olan bu məlumatlar hazırda araşdırılır. Dövlətin aidiyyatı qurumlarının seçkiqabağı baş verən bu kimi faktlara biganə münasibəti narahatçılıq yaratmaqdadır. Biz isə faktların ictimailəşməsi və vətəndaşları aldadaraq dələduzluq edən şəxslərin cəzalandırılması üçün bundan sonra bu mövzuya geniş yer verəcəyik. Ümid edirik ki, Respublika Baş prokurorluğu dələduzların müdafiəçisi qismində deyil, haqsızlıqla üzləşən vətəndaşların hüquqlarını qorumağa borclu olan qurum kimi mövqeyini ortaya qoyacaq.
Bizi izləyin.
Taleh Hacıyev (Realliqinfo.org) 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam