Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

“Araz supermarket”də vaxtı keçmiş mallar satılır? –FOTOLAR

lady gagaYenixeber.org: Bakıda 9-cu mikrarayonda yerləşən “Araz supermarket”ində istifadə müddəti bitmiş məhsul satılır.

Bu barədə supermarketin müştərilərindən biri məlumat verib. O, bildirib ki, mağazada satılan yağın istehsal tarixi 25.12.2017-ci il olaraq qeyd edilib. Məhsulun saxlanma qaydalarına riayət edilmədiyi üçün yağ öz keyfiyyətini itirib.

Bildiyiniz kimi hər bir məhsulun saxlanma şəraiti var. Sözügedən yağ məhsulunun üzərində “-18 dərəcədə 3 ay məhsulun istifadə müddəti var” qeydi əks olunub. 3 dərəcədə isə məhsul yalnız 30 gün saxlanıla bilər. Bu da həmin qeydin fotosudur:

Ancaq mağazadan alış-veriş edən müştəri bildirir ki, soyuducu vitrində yağ tələb olunduğu kimi -18 dərəcədə deyil 5 dərəcə tempraturda saxlanılır. Narazı müştəri soyuducunun üzərində qeyd olunan dərəcənin də fotosunu təqdim edib:


Yağın 5 dərəcədə saxlanılması onun saxlanma müddətinin azalması deməkdir. Ən yaxşı halda məhsul bu tempraturda cəmi 1 ay qala bilər. İstehsal müddəti 25 dekabr 2017-ci il olaraq qeyd edilən yağ məhsulunun yanvar ayının 25-də istifadə müddəti bitib. Fevral ayının 11-idir və məhsul artıq 17 gündür ki, açıq satışdadır.


Qeyd olunan hal ilə bağlı Araz Supermarketlər Şəbəkəsi ilə əlaqə saxlanılıb. Supermarketlər şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elvin Babayev müştərinin iddiasına cavab verib.

“Marketlərdə məhsulların saxlanılması üçün müxtəlif təyinatlı soyuducular mövcuddur. Yağlar, dondurulumuş qidalar və s. mənfi tempraturlu soyuducularda saxlanılır. Qeyd etdiyiniz yağ məhsulları da saxlanma şəraitinə uyğun market daxili saxlanma anbarlarında dondurucularda saxlanılır. İstehlaka uyğun olaraq hər gün vitrinlərə yerləşdirilir”, – deyə Araz Supermarketlər Şəbəkəsinin rəsmisi əlavə edib.

İndi kimin düz, kimin səhv olduğuna oxucularımız qərar verəcək. Müştəri üçün məhsulun vitrində yoxsa, saxlanma anbarında saxlanıldığı bir şübhə olaraq qalmaqdadır. İstənilən halda məhsulun saxlanma şəraitinə diqqət yetirmək mütləqdir. Bununla yanaşı, alıcılar məhsul alarkən bu məqamlara diqqət etməlidirlər: məhsulun üzərində istehsalçı müəssisənin adı, istehsal tarixi, istifadə müddəti və ya son istifadə tarixi, qida dəyərliliyi, tərkibi, müvafiq standartı və s. haqda bilgilər öz əksini tapmalıdır.

Vaxtı keçmiş məhsullar satıldığını görəndə nazirliyə xəbər verin

Qeyd edək ki, istehsalçı qanunları pozduğuna görə 1500 AZN məbləğində cərimlənməlidir. Bununla yanaşı mağaza sahiblərinə vaxtı keçmiş məhsullar satdığına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunur.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda, 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə və İqtisadiyyat Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə məlumat vermələri xahiş olunur. Baku.ws

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam