Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Seçki ərəfəsində maaş və pensiya artımı ola bilərmi...

 

 

Prezident İlham Əliyev prezident seçkilərinin növbədən kənar keçirilməsi ilə bağlı sərəncam verib. Sərəncamda növbədənkənar prezident seçkilərinin 2018-ci il aprelin 11-də keçirilməsi qeyd olunub

 

Yenixeber.org: Qeyd edək ki, əksər iqtisadçı ekspertlər növbə üzrə nəzərdə tutulan seçki ərəfəsində bir çox sosial layihələrin həyata keçiriləcəyini , o cümlədən sosial müavinət, maaş və pensiyalarda artım olacağını proqnoz edirdilər. Lakin hazırda prezident seçkilərinin iki ay sonraya təyin olunması, bu müddəti daha da qısaltdı. Bəs görəsən , qarşıdakı iki ayda pozitiv sosial-iqtisadi layihələr həyata keçirilə bilərmi? İqtidar xalqın etimadını gücləndirmək üçün bu cür üsullardan istifadə edəcəkmi?

Bu sualı cavablandıran Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov bildirdi ki, bu il üçün nəzərdə tutulan iqtisadi islahatlar həyata keçiriləcək və bu seçki dövrünə də təsadüf edə bilər: “2018-ci ildə həyata keçirilməli olan müəyyən layihələrin seçkilərə heç bir aidiyyəti yoxdur. Planda nə nəzərdə tutulubsa, hamısı həyata keçiriləcək. İstər sosial layihələr, istər qeyri-sosial layihələr... İki ay müddətində də həyata keçirilə bilər, ondan sonra da həyata keçirilə bilər. Bu proqramlar artıq var və onların həyata keçirilməsinə heç bir problem olmamalıdır. Həmin proqramlar nə vaxt üçün nəzərdə tutulubsa, həmin vaxt da həyata keçiriləcək”.

Sabiq maliyyə naziri Fikrət Yusifov isə qəzetimizə danışarkən vurğuladı ki, hazırda bu cür addımların atılmasına ehtiyac yoxdur: “Növbədənkənar prezident seçkilərinin elan olunması ölkə Konstitusiyasına uyğun bir addımdır. Beynəlxalq təcrübədə növbədənkənar seçkilərin keçirilməsi adətən ictimai-siyasi vəziyyətin qeyri sabit olduğu, ölkələr daxilində siyasi gərginliyin artdığı hallarda baş verir. Azərbaycanda bu və buna bənzər halların heç biri mövcud deyil, əksinə bu gün Azərbaycan tək regionda deyil, bütün dünyada ictimai siyasi sabitliyin ən yüksək səviyyədə olduğu nümunəvi bir ölkədir. Prezident seçkilərinin vaxtından əvvəl keçirilməsi sırf texniki baxımdan yaranan zərurətdən irəli gələ bilər. Aydın məsələdir ki, 2016-cı ildə keçirilmiş ümumxalq referendumu nəticəsində prezidentlik müddəti 7 ilə qədər qaldırıldı. Bütün hallarda ölkənin siyasi rəhbərliyinin qəbul etdiyi bu qərarda kimisə təəccübləndirəcək və ya rahatsız edəcək heç nə yoxdur. 
Bir çox ölkələrin təcrübəsində prezident seçkisi öncəsi xalq üçün önəmli ola bilən qərarlar qəbul edilməsi praktikasından istifadə olunur. Bu addımların atılmasında əsas məqsəd vətəndaşların etimadını daha çox qazanmaqla daha çox səs toplamaqdan ibarət olur. Bizim halda belə addımların atılmasına ehtiyac yoxdur”.

F.Yusifovun sözlərinə görə, seçkilərin nə vaxt keçirilməsindən asılı olmayaraq, hökumət vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq addımlar atır: “Bu məsələlər ilk növbədə ölkə prezidentinin daima diqqət mərkəzində olur. Konkret olaraq son 14 il ərzində əmək haqları beş dəfədən çox, pensiyalar səkkiz dəfədən çox artıb. Son dəfə keçən il əmək haqlarının və təqaüdlərin artımı baş verdi, cari ildə də təqaüdlərin və büdcədən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması istiqamətində konkret addımların atılması nəzərdə tutulur. Əmək haqlarının və təqaüdlərin artımını və əhalinin digər sosial məsələlərinin həlli ölkənin iqtisadi durumundan bilavasitə asılıdır. Əgər Azərbaycan son 14 il ərzində sürətli iqtisadi inkişaf yolu keçməsəydi, onun iqtisadi potensialı hökumətə əhalinin sosial məsələlərini yüksək səviyyədə həll etməyə imkan verməzdi”.

Sabiq nazirin fikrincə, 14 il ərzində iqtisadiyyat 3,2 dəfə artıb ki, bu, da dünya miqyasında rekord göstəricidir: “Bu müddət ərzində qeyri-neft iqtisadiyyatımız 2,8 dəfə arta bilib. Real sektorun ümumi iqtisadi inkişaf sürətinə uyğun bir sürətlə inkişaf etməsi çox yaxşı haldır. Bu o deməkdir ki, yaxın gələcəkdə dünya bazarlarında neftin qiymətlərinin necə dəyişməsindən asılı olmayaraq Azərbaycan hökuməti əhalinin əmək haqlarının və təqaüdlərinin artırılmasının daha sabit və daha etibarlı mənbəyinə malik olacaqdır”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam