Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Afrində terrorçuların böyük yalanı ifşa edildi- Foto

 

 Afrində terrorçuların böyük yalanı ifşa edildi

 

PKK-PYD terror qruplaşması Türkiyənin Afrində başlatdığı “Zeytun budağı” əməliyyatına qarşı apardığı qarayaxma kampaniyası çərçivəsində fərqli vaxtlarda, fərqli ərazidə çəkilmiş fotolardan istifadə edir

Yenixeber.org: Qara təbliğata əl atan terrorçular fotolardakı məhv edilmiş texnikanın və əsir götürülmüş əsgərlərin Türkiyə Silahlı Qüvvələrinə aid olduğunu göstərməyə çalışır.

Məlumata görə, sosial şəbəkələrdə Afrində türk təyyarəsinin vurulması başlığı ilə paylaşılan fotonun 16 mart 2015-ci ildə Malaziyada qəzaya uğrayan nümayiş təyyarəsinə aid olduğu bildirilib. Türkiyə Silahlı Qüvvələrinə aid tankın məhv edilməsini əks etdirən fotonun 29 mart 2011-ci ildə Liviyada yandırılmış bir tanka aid olduğu üzə çıxıb. Türk əsgərlərinin əsir götürülməsi ilə bağlı yayılan fotonun isə 15 iyul çevriliş cəhdi zamanı çəkildiyi sübut edilib.

Qeyd edək ki, PYP-PKK tərəfdarları sosial şəbəkələrdə paylaşdığı görüntülərlə türk ordusunun Afrində ağır itkilər verməsi ilə bağlı yalan informasiyalar yayır. Maraqlıdır ki, bu yalanları “adı açıqlanmayan YPG rəsmiləri” adı ilə dünyanın böyük agentlikləri, o cümlədən “RİA Novosti” də tez-tez yayır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam