Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Kadr siyasəti,yoxsa nə...

Kadr siyasəti,yoxsa nə...

 

 

 

Kadr siyasəti,yoxsa nə...

 

Yenixeber.org: 

 

“Çörəyi çörəkçiyə ver, birini də artıq”

                                                   Atalar sözü

 

Mən bu yazını işləməzdim. Ancaq “Cəmiyyətin süzgəcı” yazımdan “XX əsrdə Azərbaycanımızda dörd nəfər siyasət elmini bilən olub:1.Heydər Əlirza oğlu Əliyev, 2.Məhəmməd Əmin Rəsulzadə,3. Nəriman Nəcəf oğlu Nərimanov, 4. Mirzə Əjdər oğlu İbrahimov,- cümləsinin itirilməsi, yaxud pozulmasıdan mən çox məyus oldum və qəlbən ağrıdım.

Yazımla əlaqədar məndən soruşula bilər- bəc hansı səbəbə görə 1933-ci ildən 1953-cü (20) ilə kimi Azərbaycan Respublikasına şəriksiz rəhbərlik etmiş Mir Cəfər Bağırovun adını qeyd etmirsiniz” sualına Fazil Məmmədovun “Mir Cəfər Bağırov Kreml ixtilafları burulqanında” kitabının 15-ci səhifəsində verilmiş Haşiyə ilə əlaqədar cavab verə bilərəm. Orada deyilir: “Keçən əsrin iyirminci illərində Bakıda hərbi xidmətdə olan aviyasiya marşalı, Sovet İttifaqı Qəhrəmanı,ikinci hava qoşunlarının komandanı S.A.Krassovski 1976-cı ildə çapdan çıxmış “Aviyasiyada keçirdiyim həyat” adlı kitabın 165-ci səhifəsində cəsur şahin haqqında belə yazmışdır: 1943-cü il iyun ayının 2-də alman bombardımançıları müxtəlif istiqamətlərdən və ayrı-ayrı hündürlüklərdən Kursk şəhərinə hücuma keçdilər. 2-ci hava

ordusunun və 102-ci diviziyasının hava hücumundan müdafiə qüvvələrilə birgə düşmənin bu güclü hücumunu müvəffəqiyyətlə dəf etdilər. Bu döyüş zamanı düşmənin 155 təyyarəsi məhv edildi. Qanlı döyüşlərdə Cahangir (Volodya) Bağırov xüsusilə fərqləndi. O,düşmənin iki YU-88 təyyarəsini bir göz qırpımında məhv edərək geri dönərkən ona qarşı uçan “Foke-Vulfom-90” qırıcı təyyarəsini gördü və hücuma keçərək burun-buruna toqquşdu. Hər iki təyyarə göydə alovlanıb külə döndü”. Bu isə əsl qəhrəmanlıq nümunəsi idi... Lakin Mir Cəfər Bağırov öz oğluna Sovet İttifaqı Qəhrəmanı adı verilməsi ücün SSRİ Ali Sovetinin sədri M.İ.Kalininə imkan verməmişdi ...

Müəllif tərəfindən M.C.Bağırovun bu hərəkəti “təvazökar”lıq kimi qiymətləndirilir. Bu qiymətin nəticəsidır ki, adı çəkilən bu kitaba qədər Gahangirin heç bir ədəbiyyatda adı çəkilmir və belə bir Qərəmanı heç kim də xatırlamır.

Həmin kitabda ətraflı və C.Həsənlinin də “İkinci dünya müharibəsi illərində Azərbaycan hərbi, siyasi və diplomatik münasibətlərdə (1939-1945) əsərində də M.C.Bağırovun siyasi fəaliyyəti imkan daxilində faktlarla müəyyən qədər verilib. Əgər gələcəkdə arxivlər açılarsa onun siyasi-iqtisadi fəaliyyəti haqqında daha dəqiq məlumatlar bilinəcəkdir.

Bu barədə əlavə olaraq onu deyə bilərəm ki, “Unudulmaz tarixi şəxsiyyətlər silsiləsindən” yazımda bir siyasi dövlət xadimi kimi onun haqqında qısa qeydim var və fotosunu da verdirmişəm. O. müasir dövrümüzdə unudulsa da tarixi faktları unutmaq olmaz.

Bütün çıxışlarımda təhlillərə əsaslnıb dovlətin idarə edilməsinə və yeridilən kadr siyasətinə öz tənqidi münasibətimi bildirmişəm.

Bu tənqidlərimin əsaslı olduğu bir necə ildən sonra öz təsdiqini tapmışıdır. Hal hazırda kifayət qədər bilgili və bacarıqlı Vitse Prezident olduğu halda (unun ölkə xaicindəki çıxışına diqqət yetirmişəm) kiçik bir respublikada Nazirlər Kabineti strukturu lazımdırmı? Maliyyə vəsaitlərinin idarə edilməsində talançılığı həyata keçirən iki - Maliyyə, Vergilər nazirlikləri və GK gərəkdirmi? Axı bu kimi dövlət strukturlarının fəaliyyətləri faktlarla tənqid olunmuşdır. İqtisadçı alimlər isə bir qədər də dərinə gedib bildirmişlər ki, büdcədə olan vəsaitin 60 % -i dövlət strukturlarının saxlanılmasına sərf olunur. 

Dərin bilgi sahibi olan Misir Mərdanovu təhsilin inkişafında ciddi səhvlər buraxdığını əsaslandırıb Təhsil naziri vəzifəsinə bu sahədə kifayət qədər anlayışı olmayan mədəniyyət işçisi M.Cabbarov təyin edildi. Cabbarov da M.Mərdanovun fəaliyytinə rəhmət oxutdurduqdan sonra, maliyyənin idarə edilməsinə- Vergilər Naziri vəzifəsinə təyinat aldı. İnternet saytlarından verilən məlumatlara görə Cabbarov da nazirliyin əmkdaşlarını vəzifələrindən azad edib. 

Bir cəhəti nəzərə çatdırmaq istəyirəm ki,Vergilər nazirliyi xüsusi mülkiyyəti idarə edən kantor yox, dövlətin ali idarıəetmə struktur vahidlərindən biridir. Bu struktur vahidindən işçini öz ərizəsi və yaxud vəzifə cinayəti edibsə məhkəmənin qərarı ilə azad edilə bilər.

Kim təminat verə bilər ki, işdən azad olunanlar sakit dayanacaqlar. Axı onların ailəsi,körpələri var. Əvvəlki nazir necə əmr vermişdirsə onlar da eləcə işləyiblər.İşsizlərin sayının çoxaldılması dövlətin iqtisadi siyasətinə tam ziddir. İslah olunmaz insan yoxdur. Vəzifə borclarının yerinə yetirilməsində buraxılan səhvlərin zorakılıqla aradan qaldırılması dinc əmək insanlarının hüquqlarının pozulması deməkdir. Bu barədə son olaraq onu demək olar ki, nazir vəzifələrindəki bu kimi dəyişmələrdə respublika ziyandan başqa əsaslı mənfəət-xeyir, bərəkət əldə etməyəcəkdir.

Atalar “Çörəyi çörəkçiyə ver,birini də artıq” demişlər. Əgər bu vəzifəyə Milli Məclisin İqtisadi Siyasət Sənaye və sahibkarlıq Komitəsinin üzvü Vahid Əhmədov təyin olunsaydı daha yaxşı olardı.

Bu məsləyə toxunmağa ciddi əsasım var. İqtisadçı mühasib olduğumdan (artıq 11 ildir işləmirəm, 80 yaşım tamam olur) bilirəm ki, (qoy bunu oxucular da bisin) maliyyənin idarə ediməsində üç hesablar planı var:

1.Büdcədən maliyyələşən idarə, müəssisə və təşkilatların mühasibat uçotunun Hesablar Planı, 

2.Bankların mühasibat uçotunun Hesablar Planı,

3.İstehsalat təyinatlı müəssisələrin mühasibat uçotunun Hesablar Planı.

Mühasibatlıq haqqında

Normativ sənədlər toplusu

Bakı-Qanun- 2000

Həmin toplu 595 səhifədən ibarətdir. 

Bu üç hesablar planlarını bilməyən və bu sahədə dərin bilgisi olmayan şəxs maliyyəyə aid olan vəzifədə əyləşməməlidir. Bu sahə üzrə bilgidə kasadlıqla maliyyəni idarə etmək mümkünsüzdür. Bu kimi şəxslər üçün maliyyə sahəsindəki vəzifələrə təyinat da verilməməlidir. 

Gənc dövlətimizi idarə edən hörmətli şəxslər- ... əmrə viza verənlər və yarınanlar dəstəsi! Yüksək vəzifə təyinatına viza verən mən olardımsa bu kimilərinə qoyun sürüsünü də etibar etməzdim ki, sürünü aparıb bilgi kasadlığı ucbatından canavar dəstəsinə qurban verə bilər. Əgər xalqın gözlərində ucalmaq istərsinizsə heç olmazsa baxın,

A.B.Çakovski “Qələbə” (Azərbaycan Dövlət Nəşriyyatı Bakı- 1987) trilogiyasının 1-ci kitabının 103-cü səhifəsində ABŞ-ın prezidenti olmuş və ixtisasca mühasib olan Harri Trumen haqqında nə yazır.”Uçota və nəzarətə olan ehtirası Harri Trumenin tanınmasına həmişə kömək etmişdi.İkinci dünya müharibəsi zamanı isə bu xüsusiyyət ona ümummilli şöhrət gətirdi... Hərbi strategiya və taktika məsələlərini Trumen çox zəif ayırd edirdi. Amma hərbi iqtisadiyyat ( məhz elə ona görə ki, iqtisadiyyat idi) onun doğma stixiyası idi. Senatorun bu uzağı görməyən qalın şüşə ilə örtülmüş gözlərindən,sanki, dövlət vəsaitinin hec bir oğurlanma faktı, heç bir şübhəli sövdə gizlənə bilməzdi”.

 

Elxan Sarı oğlu Quliyev

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam