Redaktor seçimi
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
SUDAN ÇIXARILAN MİLYARDLAR... – Əhmədzadələrin dəbdəbəli həyatının sirri -
Günün xəbəri

Fazil Məmmədovun işdən çıxarılması “Binə” bazarını qarışdırdı-səbəb

 

 

Ticarət mərkəzinin sahibi Kəbirə Məmmədovanın icarədarlardan əlavə vergi pulu tələb etməsi etirazla qarşılanıb

 

Yenixeber.org: Vergilər naziri Fazil Məmmədovun vəzifədən qəfil çıxarılması “Binə” ticarət mərkəzində qarşıdurmaya səbəb olub. Bazarın sahibi Kəbirə Məmmədovanın mərkəzdə çalışanlardan əlavə vergi pulu tələb etməsi etirazla qarşılanıb. Bu barədə criminal.az xəbər yayıb.

Sayt yazır ki, K.Məmmədova obyektlərdən birinin qarşısındakı reklam lövhəsini təpiklə aşırıb. Onun bu hərəkətindən hiddətlənən çoxsaylı sahibkarlar etiraz səsini ucaldıblar. Yaşlı bir qadın sahibkarın Kəbirə Məmmədovanı vuraraq yıxdığı iddia olunur. Mühafizə xidməti və polislərin müdaxiləsindən sonra ara sakitləşib. Sahibkarlar bildirib ki, onlar vergi ödənişini kirayə pulu daxil olmaqla illərlə “Binə” sahibinə ödəyiblər. Satıcıların iddialarına görə, bazarın rəhbəri Kəbirə Məmmədovanın başı vergi borcuna görə dərddədir. Uzun müddət vergi borcunu verməyən qadın sahibkara bir neçə dəfə xəbərdarlıq edilib.

Related image

“Yeni Müsavat”a daxil olan xəbərdə isə deyilir ki, K.Məmmədova ilə “vurulan” vergi nazirinin işgüzar münasibətləri olub. K.Məmmədova sahibkarlardan toplanan vergiləri öz bildiyi şəkildə illərlə Vergilər Nazirliyinə ötürüb. Fazil Məmmədovun işdən qəfil çıxarılması isə avtomatik olaraq şəxsi münasibətlərə qaynaqlanan işbirliyini də aradan qaldırıb. Yəni vergi naziri dəyişdiyindən K.Məmmədova sahibkarlara müraciət etmək məcburiyyətində qalıb. Sahibkarlara aylıq ödənişlərin vergiyə görə artacağı da bildirib. Bu isə çətin iqtisadi durumda olan kiçik sahibkarların ciddi etirazı ilə qarşılanıb.

“Binə” də 3 minə yaxın sahibkarın fəaliyyət göstərdiyini nəzərə alsaq, ortada böyük vergi məsələlərinin olduğunu təxmin etmək çətin deyil. Ticarət mərkəzindəki ortabab mağazalar aylıq olaraq K.Məmmədovaya 2500-3000 manat ödəniş edirlər. Bura real vergi xərcləri də əlavə olunsa, qiymətlər avtomatik 25-30 faiz bahalaşacaq. Bu isə sahibkarların ticarət dövriyyəsinin azalmasına, müştəri qıtlığına gətirib çıxara bilər. Odur ki, “Binə”dəki sahibkarların K.Məmmədovaya etirazı başadüşüləndir. Maraqlıdır ki, Fazil Məmmədovun 18 illik nazirliyi dövründə “Binə” ticarət mərkəzi vergi şəklində dövlətə nə qədər pul ödəyib?

Yada salaq ki, işdən çıxarılması Fazil Məmmədovun özü üçün də gözlənilməz olub. “Səhhətinin ağır olması” səbəbindən işdən çıxarıldığı açıqlansa da, sabiq nazir bu məlumatı şübhə altına alan açıqlama verib. Deyib ki, “az xəstəyəm”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam