Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Ədalət Muradovun tələsinin üstü açıldı:Prezidentə şikayət

 

 

Yenixeber.org: Azərbaycan Dövlət İqtisad Universitetinin rus dili kafedrasının müəllimi Zərifə Yaqub qızı Mansurova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Surəti: Azərbaycan Respublikasının Vitse-prezidenti Mehriban Arif qızı Əliyevaya, Surəti: Azərbaycan Dövlət İqtisad Universitetinin Rektoru Ədalət Cəlal oğlu Muradova və "Təzadlar" qəzeti redaksiyasına müraciət göndərib. Müraciətdə deyilir:

"Hörmətli Cənab Prezident!
Bildirirəm ki, Sizə ünvanlandırdığım müraciət tədbir görülməsi üçün Təhsil Nazirliyinə tapşırıldığına baxmayaraq göstərdiyim qanunsuzluqlar onlar tərəfindən yoxlanılmadan ümümi qaydada cavablandırılmışdır (surəti əlavə olunur).
Azərbaycan Dövlət İqtisad Universitetində yaranan acınacaqlı vəziyyət barədə həm də informasiya xarakteri daşıyan sizə növbəti müraciətimin səbəbi
rus dili kafedrasının müdiri Rzayeva Gülnarə Namiq qızı, tədris və təlim texnologiyaları üzrə prorektor Bağırov Damət Abbas oğlu və İnsan Resursları şöbəsinin müdiri Qəhrəmanov Nizami Əmir oğlunun (ixtisasca hüquqşunas olmadığı üçün bu kimi səhvlərə yol verib, tərcüməçi olan müəllim vəzifəsinə işə götürülüb, müəllim isə tərcüməçi işinə təyin edilir) birgə guya ki, prosedur qaydalarını yerinə yetirdikləri "Böyük kələk layihəsi"ndən xəbərdar etməkdi. Belə ki, onlar müəllim və işçilərə universitet daxili daimi iş yerlərini müvəqqəti iş yeri ilə əvəzləməkləri barədə ərizə imzalatmağa çalışırlar. Məqsəd isə həmin daimi iş yerlərini azad etməklə yeni vakant yerlər ayırmaq və yeni işçi götürmək üçün rəhbərliyə (yəni özlərinə) şərait yaratmaqdır. Hal hazırda işçilərə bu üsul artıq tətbiq olunub, mənə isə zəng vuraraq həmin ərizəni yazmağa məcbur edirlər, əks halda işdən çıxarılmaqla hədələyirlər.
Xahiş edirəm mənə köməklik edəsiniz, çünki onlar 1980-ci il avqust ayının 15-dən bu günədək fasiləsiz pedaqoji fəaliyyətimi dayandırmaq istəyindədirlər. Əks halda kafedrada "reytinq" adı altında dərs saatları bölgüsünü alver mənbəyinə çevirməyə yüksək professionallıqla davam ediləcək, qalan dərs saatları gizlədiləcək və biz də rəhbər vəzifədə olanların növbəti dələduzluq addımının qurbanına çevriləcəyik. Sizə böyük inamla və ümidlə müraciət edən rus dili kafedrasının müəllimi Zərifə xanım Yaqub qızı Mansurova.
Redaksiyadan: məsələ ilə bağlı Təhsil Nazirliyinin mövqeyini öyrənməyə çalışırıq...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam