Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Həbsdə olan məktəb direktoru şikayət etdi–Saxta attestat qalmaqalı

Həbsdə olan məktəb direktoru şikayət etdi

 

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağamusa Salahovun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb

 

Yenixeber.org: Hakim Namiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib

Məhkəmənin növbəti iclası noyabrın 20-nə təyin edilib.

Qeyd edək ki, A.Salahov Laçın rayonunun məktəblərindən birinin direktoru olub. O, ittiham aktına əsasən, attestat düzəltmək adı ilə dələduzluq edərək zərərçəkmişə ziyan vurub.

A.Salahov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Eldar İsmayılovun sədrlik etdiyi iclasda hökm oxunub. Məhkəmənin hökmü ilə A.Salahov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zamində olan A.Salahov məhkəmə zalından həbs edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam