Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Bakıda uşaqlara və qadınlara təcavüz edən direktorlar 40-55 yaş arasındadır -Şok açıqlama

Bakıda uşaqlara və qadınlara təcavüz edən direktorlar 40-55 yaş arasındadır – Şok açıqlama
Want create site? Find Free WordPress Themes and plugins.

Təhsil eksperti Kamran Əsədov son günlərdə orta məktəblərdə intensivləşmiş təcavüz iddiaları ilə bağlı açıqlama verib.

Yenixeber.org: K.Əsədov deyib ki, məktəblərdə zorlama ilə bağlı hadisələr daha çox qış aylarına- oktyabr-fevral aralığına təsadüf edir:

“Cinsi zorakılıqda, təcavüzlərdə adı hallanan direktorların yaşı 40-55 yaş arasındadır. Zorakılığa məruz qalanlar isə sosial vəziyyəti ağır olan təbəqəyə aiddir. Konkret misallar da var bununla bağlı. Bir neçə gün öncə 12 saylı internat məktəbində də belə hal yaşanmışdı. Təcavüz iddiaları irəli sürənlər ya bu və digər səbədən ailə qurmamış, ya da ailə həyatı uğursuzluqla nəticələnmiş qadınlardır. Zorakılığa məruz qalmış şagirdlər isə valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş şəxslərdir. Bu o deməkdir ki, şagirdlər hansısa problemlərini evdə valideynləri ilə bölüşə bilmirlər”.

Ekspert bu kimi xoşagəlməz hadisələrin aradan qaldırılması üçün bir neçə təklif də irəli sürüb:

“Məktəblərdəki neqativ halların aradan qaldırılmasının birmənalı olaraq çıxış yolu təhlükəsizlik kameralarının quraşdırılmasıdır. Neqativ hallar daha çox dövlət məktəblərində baş verir, özəl məktəblərdə belə hallar son illərin statistikasında 0-a bərabərdir. Bu, o deməkdir ki, məkətblərin idarə olunması ilə bağlı menecerlik institutlarının yaradılmasına ehtiyac var. Hələ də müasir tələblərə cavab verməyən məktəb direktorlarımız var ki, onlar mütləq şəkildə təlimlərə cəlb edilməlidir. Bütün məktəb direktorları, həmçinin Əmək Məcəlləsini, məktəb direktorunun səlahiyyətlərini, hüquq və vəzifələrini əzbər bilməlidir.
Heç bir məktəb direktoruna, müəllimə ixtiyar verilmir ki, bu və ya digər formada məktəbdə öz əxlaqsız fəaliyyətlərini həyata keçirsinlər. Əgər həqiqətən də belə istəkləri varsa, gedib öz ailələrində etsinlər. Bu hadisələr şagirdlərə də psixoloji təsir göstərir”.

K.Əsədov müəllimlərin rəhbər şəxslər tərəfindən döyülməsi faktlarına da münasibət bildirib:

“45 dəqiqəlik dərsin ixtiyar sahibi müəllimdir və müəllimin ixtiyarı var ki, məktəb rəhbərliyini sinif auditoriyasına buraxmasın. Çünki dövlət ona məhz dediyi dərsə görə pul ödəyir. Məktəb rəhbərliyi isə öncədən xəbərdarlıq etməklə sinifə daxil ola bilər. Və hansı məqsədlə gəldiyini də əvvəlcədən bildirməlidir. Bu, birmənalı şəkildə belədir. Bəlkə, direktor hansısa qanunsuz hərəkət törətmək üçün sinifə daxil olmaq istəyir. Dərs prosesində təhlükəsizliyi qorumalı olan şəxs isə müəllimdir. Hər müəllim bilməlidir ki, məktəb rəhbərliyinin birbaşa sinifə daxil olmaq səlahiyyəti yoxdur. Bu vəziyyət həm dərsin keyfiyyətini pozur, həm də şagirdlərə psixoloji təsir göstərir. Kiminsə vəzifədə olması geniş səlahiyyətlərə sahib olması demək deyil”.
Direktor otağı da 18-35 kvadrat metr arasında ola bilər, bir neçə sinif otaqlarını birləşdirmələri yolverilməzdir. Direktorların, müəllimlərin cəlbedici geyimdə, futbol maykasında və ya ziyafət paltarında işə gəlməsi də doğru deyil, buna yol vermək olmaz”. A24.az

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam