Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

Terminologiya Komissiyası:““Maus”, “adapter” və digərlərinin qarşılığı rəsmi təsdiq olunmayıb”

 

Nazirlər Kabineti yanında Terminologiya Komissiyasında bəzi alınma sözlərin Azərbaycan dilindəki qarşılığının müəyyənləşdirilərək, təsdiqlənməsi dünəndən müzakirə obyektinə çevrilib

 

Yenixeber.org: Azərbaycan dilində qarşılığı müəyyənləşdirilmiş bəzi sözlərin siyahısı bunlardır: “Zaryadka” – “yükləmə”, “adapter” – “yükləyici”, “embarqo” – “qadağa”, “evakuasiya” – “köçürülmə”, “proqnoz” – “öncəgörmə”, “konsensus” – “yekdillik”, “kserokopiya” – “üzçıxarma”, “like” – “bəyənmə”, “mesaj” – “ismarıc”, “maus” – “bələdçi”.

Alınma sözlərin azərbaycanca qarşılığı ictimaiyyət tərəfindən narazılıqla qarşılanıb və bu sözlərin əvəzləyiciləri sosial çəbəkələrdə gülüş obyektinə çevrilib.

Respublikası Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini, Nəsimi adına Dilçilik İnstitutu Terminologiya şöbəsinin müdiri Sayalı Sadıqova Modern.az-a açıqlamasında həmin sözləri təklif kimi səsləndirdiklərini və hələ təsdiqlənmədiyini vurğulayıb.

“Təklifimiz təsdiq kimi təqdim olunub”

“Komissiyanın yeni sözlərlə bağlı təklifi tövsiyə xarakteri belə, daşımır. Amma mətbuat dünəndən təklifi təsdiq kimi təqdim edir. Bu da ictimaiyyət arasında narazılıqla qarşılanıb. Elə biliblər ki, həmin siyahıda olan yeni sözlər artıq Terminologiya Komissiyası tərəfindən təsdiq olunub. Biz bunu təklif olaraq ziyalıların ixtiyarına buraxmışıq ki, onların fikirlərini eşidək.  Sovet dövründə belə bir ənənəmiz vardı. Həmin ənənəni yenidən həyata keçirmək istəyirik. O zamanlar Terminologiya Komissiyasının poçt şöbəsi vardı. Bütün təkliflər ora daxil olurdu. Hər ay hər bir söz haqqında təkliflər səsləndirirdilər. Həmin təkliflər əsasında o sözləri müzakirə edib, hansının daha yaxşı ifadə olunduğu təsdiqini tapırdısa, o da  qəbul olunurdu. Bu proses çoxdandır ki, getmir. Çalışacağıq ki, bunu bərpa edək.

Ona görə də Beynəlxalq Mətbuat Mərkəzində (BMM) prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun başçılığı ilə mətbuat konfransı keçirildi. Konfransda televiziya və yazılı mətbuatda alınma sözlərin ayaq açdığı bildirildi. Biz də gördük ki, mətbuatda “evakuasiya” – “köçürülmə”, “kserokopiya” – “üzçıxarma” kimi sözlər paralel şəkildə işlənib. Oxuyan başa düşmür ki, bu, hansı mənanı ifadə edir. Hələ xahiş etdik ki, Terminologiya Komissiyası bu yeni sözləri təklif edib, təsdiq kimi yazmayın. Bu, sadəcə olaraq təklif olunub. Məsələn, “siçan” sözü verilib. Müəssisədə birinin “siçan” aləti – “maus”u xarab olur və yanındakına deyir ki, “mənə bir ədəd siçan ver”. Bu düzgün deyil axı?! “Bələdçi” sözü də düzgün deyilsə, o zaman daha yaxşısını təklif etsinlər”.

“Hər hansı cərimədən söhbət gedə bilməz”

Sayalı Sadıqova deyir ki, hansısa sözün əvvəlki kimi təqdim olunmasına görə, nə  mətbuat orqanlarının, nə də digərlərinin cərimə olunması məsələsi var.

 

“Hələ bu məsələ təsdiq olunmayıb. Müzakirə olunur. Müzakirə olunandan sonra hansısa sözlər qəbul olunacaq . Hansısa sözün  işlək ola bilməsi mətbuat nümayəndələrindən asılıdır. “Kompüter” və “bilgisayar” sözləri yanaşı işlənirdi. “Bilgisayar” dildən çıxdı və “kompüter” qaldı. Yəni insanlar “bilgisayar” sözünü işlədə bilmədi. “Öncəgörmə” – “proqnoz” sözləri də narazılıqla qarşılanıb. Halbuki, “öncəgörmə”  sözü “proqnoz” kimi heç vaxt istifadə oluna bilməz. Onunla yanaşı işlənsə də, “proqnoz” qalacaq. Biz kiməsə məcbur edə bilmərik ki, siz bu sözü işlədin. Bu yeni sözləri söz halına salan cəmiyyət və ziyalılardır. Dahi şairimiz Səməd Vurğun “sayrışan” sözünü işlədəndə hamı bu sözə qəribə baxırdı. İndi “sayrışan” ədəbi dildə işlənən ən yaxşı sözlərdəndir. Ziyalılarımızın hər sözün yeni qarşılığına düzgün reaksiya verməsini xahiş edirik. Tənqid etmək əvəzinə, təklif versinlər, bəlkə “adapter” sözünə daha yaxşısını deyəcəklər?!”

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam