Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Bakı Ali Neft Məktəbində Beynəlxalq Müəllimlər günü qeyd olunub

 

Bakı Ali Neft Məktəbində (BANM) müəllimlərin peşə bayramı münasibətilə tədbir keçirilib

 

Yenixeber.org: BANM-dən APA-ya bildirilib ki, rektor Elmar Qasımov Heydər Əliyev müəllim peşəsinə verdiyi dəyərdən, bu peşə sahiblərinin əməyinin cəmiyyətin tərəqqisindən, Azərbaycan gənclərinin formalaşmasında rolundan danışıb.

 

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin I vitse-prezidenti Xoşbəxt Yusifzadə çıxış edərək bildirib ki, müəllim peşəsi tarixən cəmiyyətdə ən dəyərli, müqəddəs və şərəfli peşələrdən biri hesab edilir. Müəllim peşəsinin vacibliyini, gözəlliyini və eyni zamanda çətinliyini, məsuliyyətini yaxşı anlayan əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşıb, yüksək qiymətləndiriblər.

 

“Mübaliğəsiz deyə bilərik ki, bu gün müstəqil dövlətimizin daha da gücləndirilməsində fəal iştirak edən, cəmiyyətdə öz layiqli və vicdanlı vətəndaş mövqeyi ilə seçilən insanlar müəllim əməyinin yetirmələridir. Bizim hər birimizin layiqli vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin böyük və əvəzsiz xidmətləri var”, - deyə Xoşbəxt Yusifzadə bildirib.

 

Tədbirdə təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə ali məktəbin bir qrup qabaqcıl təhsil işçisi fəxri diplomlarla təltif olunub.

 

Tədbir konsert proqramı ilə davam edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam