Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Yağın qiyməti kəskin artdı

Yağın qiyməti kəskin artdı

 

Kərə yağları, yemək yağlarının və duru yağların qiymətində 5-10 faizlik artım müşahidə olunur

Yenixeber.org: İqtisadçı ekspert Natiq Cəfərli bahalaşmanın səbəblərindən danışıb:

“Bahalaşmanın obyektiv səbəbləri dünyadakı qiymətlərin dəyişməsidir, bu da Azərbaycana təsir edir. Baxmayaraq ki, yerli istehsal yağa olan tələbatı ödəmir, ancaq gömrük rüsumları və vergi dərəcələri çox yüksəkdir. Ölkəyə gətirilən yağın gömrük və vergi rüsumlarını toplasaq, rəsmi olaraq 35-36 faiz qiymət artımına səbəb olur”.

İqtisadçı Natiq Cəfərli deyir ki, bahalaşmanın digər səbəbi inhisarçılıqla bağlıdır:

“Bazara çox az adam mal gətirir və sövdələşmə yolu ilə qiyməti yüksək tuturlar. Məsələn, Yeni Zelandiyadan, Avstraliyadan Gürcüstana d yağ gətirilir və həmin ölkələrdən Gürcüstana olan məsafə ilə Gürcüstan-Azərbaycan arasındakı məsafə demək olar ki, eynidir. Eyni mənbədən gətirilməsinə baxmayaraq, Gürcüstanda yağın qiyməti Azərbaycandan 40-45 faiz ucuzdur, deməli burada inhisarçılıqla, bazarda şirkətlərin sayının azlığı ilə bağlı problemlər var. Oyunçu bazara daxil ola bilsə, çox məhsul gətirsə, rəqabətli mühitdə o zaman məhsulun qiymətinin azalması müşahidə edilə bilər”.

Qeyd edək ki, “Westgold” və “Ancor” kərə yağlarının 1 kiloqramı 17.50 AZN, "French Cow" Fransa yağının kiloqramı 18.30 AZN, “President” yağı 18.50, “Pınar” kərə yağı isə 24.35 AZN-ə satılır.

İqtisadçı əlavə edib ki, yeni il qabağı ət və süd məhsullarının qiymətində də 10-15 faiz artım olacaq.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam