Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

 Rektorun baş redaktor olduğu jurnalın üz qabığında Gülənçilərin emblemi?-YENİLƏNDİ

 

image here

Yenixeber.org: Redaksiyamıza Azərbaycan Dövlət İqtisad Universiteti ilə bağlı olduqca maraqlı sənədlər və həmin sənədləri təhlil edən yazı-material təqdim edilib. Əlbəttə, son saylarımızda ADİU ilə bağlı dərc edilən yazılara ola bilsin kimlərsə qərəzli pirizmadan yanaşsın. Lakin indi təqdim edəcəyimiz materialdan da görəcəksiniz ki, bu sənədlərin və ya materialların dərcində məqsədimiz istər ADİU müəllimlərini, istərsə də ictimaiyyəti ciddi narahat edən məsələləri aidiyyəti dövlət qurumlarının diqqətinə çatdırmaqdır. Biz həm də ötən dəfə olduğu kimi, indi də həmin materialları qarşı tərəfə, yəni rektor Ədalət Muradova əvvəlcədən göndərir, «İnformasiya əldə etmək haqqında» Azərb. Resb. Qanunun tələblərinə uyğun olaraq cavablandırılmasını istəyirik. Necə ki, ötən yazıları da «Təzadlar»ın rəsmi blankında hörmətli professor Ədalət Muradovun özünə göndərmişdik. Lakin rektor nədənsə bunları indiyədək cavablandırmayıb, yaxud cavablandırmaq istəməyib… Odur ki, təqdim edilən materiallara və ya sənəd-sübutlara dair qarşı tərəfin mövqeyini öyrənmək istərdik. 

Rektor Ədalət Muradovun baş redaktoru olduğu «Ekspert» jurnalının üz qabığındakı təsvir Gülənçilərin emblemi deyil ki?

 

 


Redaksiyaya təqdim edilmiş materialdan bəzi sitatları təqdim edirik: «Hörmətli «Təzadlar»! Sizə təqdim etdiyimiz sənədləri və onların izahlı şərhinə dair mülahizələrimizi dərc etməyinizi xahiş edirik. Bildiririk ki, Azərbaycan mətbuatı haqlı olaraq terrora və terroru dəstəkləyən qurumlara, icmalara, dəstələrə… qarşı əks mövqeyini sərgiləməkdədir. Fətullah Gülənin (FETO-çular) Türkiyədə törətdiyi son olay Azərbaycanın da milli-dövlətçilik maraqlarına ağır zərbə idi, dövlətimiz və onun başında duran şəxslərin bu məsələlərdə birmənalı mövqeyi alqışlanandır. Ulu Öndər Heydər Əliyev demiş, «Azərbaycan-Türkiyə, bir millət, iki dövlət!»dir. Qardaş Türkiyədə siyasi hakimiyyəti terror yolu ilə dəyişməyə səy göstərən Fətullah Gülən və onun himayə etdiyi təşkilatların fəaliyyəti ciddi nəzarətə götürülməlidir. Odur ki, Sizin qəzetin son sayında Gülənçilərin Azərbaycandakı dayaqları, xüsusən də bu şübhələrin UNEC adlandırılan, əslində isə, dövlət sənədlərində adı rəsmən Azərbaycan Dövlət İqtisad Universiteti olan ali təhsil ocağındakı cavabsızlığı diqqətdən kənarda qala bilməz.
Diqqətə çatdırırıq ki, ötən yaxın tarixdən də bəllidir ki, Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) emblemində işıq lampası və ondan ətrafa yayılan şölələri (işıq şüaları) təsvir edilib. O da bəllidir ki, Fətullah Güləndən qidalanan Hizmət Hərəkatı və Gülənin özü baş nazir Rəcəp Tayyip Erdoğanın üç dəfə hakimiyyətə gəlmiş, İslama söykənən Ədalət və İnkişaf Partiyasının seçki nailiyyətində, digər fəaliyyətində aparıcı rol oynamışdır. Hətta Türkiyə mətbuatında bir vaxtlar belə bir iddia da var idi ki, partiyanın hazırkı embleminin simvollarının qəbul edilməsi ideyası da Fətullah Gülənə məxsusdur.
İndi diqqət edin, 2016-cı ilin 01 aprelində Dövlət İqtisad Universitetində rektor Ədalət Muradovun baş redaktorluğu ilə «Ekspert» jurnalı işıq üzü görür. Maraqlıdır ki, jurnalın üz qabığında iri planda yenə də eyni simvol-işıq lampası təsvir edilir, lakin bu dəfə AKP-nin loqosunda olduğu kimi, ətrafa yayılan (paylanan) işıq şüaları deyil, lampadan şölələnən işığa sarı gələn insanlar (camaat) təsvir olunur (Foto təqdim edilir). Bu, rektorun baş redaktorluğu ilə nəşr olunan jurnalın ilk nömrəsi idi. Lakin sonradan nə baş verdisə, jurnalın həmin sayı işıq üzü görən kimi də bütün sayları dərhal yığışdırıldı və sonrakı saylarında isə həmin loqo götürüldü. 
Hörmətli «Təzadlar»! Ola bilər biz şübhələrimizdə yanılırıq, amma çox istərdik ki, jurnalın həmin loqosunu və üz qabığının təsvirlərini Dövlət Təhlükəsizlik Xidmətinə, Prezident Administrasiyasına, Təhsil Nazirliyinə, həmçinin Türkiyənin Azərbaycandakı Səfirliyinə, Türkiyə Xarici İşlər Nazirliyinə göndərəsiniz. Qoy araşdırılsın və Gülənçilərin Azərbaycandakı daha bir şübhələrinə aydınlıq gətirilsin…».

             Rektor Ədalət Muradova KİV vasitəsilə çoxsaylı sual-sorğular…

KİV olaraq biz də onun tərəfdarıyıq ki, ictimaiyyət üçün qaranlıq qalan məsələlər araşdırılsın, rəsmi dövlət orqanları tərəfindən cavabı verilsin. Yuxarıda qeyd olunan məktubda isə cavabı verilməli çoxsaylı suallar vardır. Biz artıq əvvəl dedik, rektor Ədalət Muradova təqdim olunmuş rəsmi məktub-sorğumuz bir aya yaxındır cavablandırılmadığından ADİU müəllimlərindən redaksiyaya göndərilmiş aşağıdakı sualların cavablandırılması üçün KİV vasitəsilə yayımlanmasını zəruri hesab etdik. 
Beləliklə, şikayətçi müəllimlər yazırlar:

«Hörmətli redaksiya!
Aşağıda təqdim etdiyimiz sualların cavablandırılması üçün onları qəzet vasitəsilə rektor Ədalət Muradova ünvan edirik:
-2016-cı ilin 01 aprelində Dövlət İqtisad Universitetində rektor Ədalət Muradovun baş redaktorluğu ilə «Ekspert» jurnalı işıq üzü görüb. Jurnalın üz qabığında işıq lampası və ətrafında ondan yayılan şölə yox, ona tərəf gələn camaat təsvir olunub. Ehtimal olunur ki, bu loqo Gülənçilərin müvafiq qanadına məxsus olan təsvirdir. Bu loqonun müəllifinin rektorun müşaviri Elşən Bağırzadənin olduğu deyilir. Bu doğrudurmu?
-2016-2017-ci tədris ilində Azərbaycan Dövlət İqtisad Universitetindən 13 müəllim müəmmalı səbəbdən işdən qovulub. Lakin onların hamısının öz ərizəsi ilə işdən çıxarıldığı əmrləşdirilib. Bəs əsil həqiqət necədir?
-Hər il başda rektor Ədalət Muradov və onun baş müşaviri Elşən Bağırzadə olmaqla, nə qədər müəllim Türkiyəyə neçə dəfə ezamiyyəyə gedir. Bu səfərlər ADİU büdcəsinə neçəyə başa gəlir? Və niyə onların səfərləri yalnız Türkiyəyədir, digər Avropa ölkələrinə baş tutmur?
-ADİU-da Differensal əmək haqqı sisteminə layiq görülmüş 100 nəfərlik siyahı niyə əsasən də məhz Türkiyəyə daim səfərlər edən və Türkiyədə təhsil almış gənc müəllimlərə şamil edilir? 
-Niyə bu əmək haqqı sistemi ciddi narazılığa səbəb olmaqdadır? Rektor niyə universitetə tətbiq edilən bir metodun ictimai müzakirəsini təşkil etdirmədən tətbiqinə əmr imzalayıb?
-Differensial əmək haqqı sistemi bu qədər narazılıq yaratdığı halda, nə üçün rektor buna reaksiya vermir və bu sistemə layiq görülmüş 100 müəllimlərin böyük əksəriyyəti Türkiyəyə tez-tez ezamiyyəyə göndərilir, onların orada lüks mehmanxanalarda qalması təmin edilir, qayıdanda isə onların Azərbaycan üçün heç bir hüquqi statusu olmayan sertifikat gətirməsi ilə həmin 100 nəfərlik məlum siyahıya düşməsi təmin edilir? Bunlar korrupsiya əlaməti deyilmi?
-Bu, rektor Ədalət Muradova yaxın olan bu şəxslər tərəfindən dolayısı ilə universitetin halal büdcə vəsaitlərinin dağıdılması deyilmi?
-Rektor Ədalət Muradov universitetdə tətbiq olunan yeni əmək haqqı sistemi ilə istədiyi müəllimlərə 1500-2000 manat və daha çox əmək haqqı və mükafat verməsi ayrı-seçkilik yaratmırmı?
-Niyə Azərbaycan Hesablama Palatası araşdırmır ki, heç bir elmi dərəcəsi olmayan bu müəllimlərin vəzifəyə təyin edilib onlara professorlardan da yüksək əmək haqqı verilməsi hansı ədalət prinsipinə uyğundur??? Bu elmə və tədrisin keyfiyyətinə arxadan vurulan zərbə deyilmi? Belə idarəçilik prinsipi hansı hüquqi-elmi əsaslara söykənir?
-Görəsən Azərbaycan Hesablama Palatası universitetdə vəsaitlərin xərclənməsini araşdırarkən nəyi üzə çıxardıb, niyə yuxarıda qoyulan suallardan yan keçib? 
-Son yoxlamanın rektorun diqtəsi ilə keçirildiyi deyilir. Bu doğrudurmu?
-Son vaxtlar rektora yaxınlığı deyilən KİV-lərdə (saytlarda) keçmiş rektor Şəmsəddin Hacıyevlə bağlı qərəzli təbliğat aparılır. Bunlar rektorun keçmiş rəhbərliklə aralarında olan və hazırkı rektorun məhkəmələrdə ardıcıl olaraq uduzduğu məlum torpaq qalmaqalı ilə bağlı deyil ki?!
-2016-2017-ci tədris ilində 9 nəfərin bir, 4 nəfərin də bir olaraq, rüşvət üstündə ərizələrinin alınıb işdən çıxarılması barədə məlumatı ADİU-da hamı bilir. Bildiyimizə görə, Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları hazırda ADİU-da araşdırma aparır. Həmin araşdırma qrupu yüksək maaş almış həmin 13 nəfərin öz ərizəsi ilə işdən çıxarılmasının əsil səbəb və mahiyyətini də araşdırırmı?
-Uzun müddət MTN-nin ADİU-da xüsusi məsələlər üzrə prorektoru olmuş, rektor Ədalət Muradovun həmişə «Əziz dostum» dediyi Elçin Əliyevin, eləcə də ADİU-da tədris və texnologiya üzrə hissənin müdir müavini Nizami Musayevin, rektor Ədalət Muradovun müşaviri Məhəmməd Əliyevin, maliyyə fakültəsinin dekan müavini Reyhan xanımın, təzəlikcə elmlər doktoru olmuş Sərvər Hüseynovun və digərlərinin yüksək əmək haqqı aldıqları halda, birdən-birə öz ərizələri ilə işdən çıxmasına kim inana bilər? Rektor Ədalət Muradov özü bunlara inanırmı?
-Görəsən, DTX rəisi, hörmətli Mədət Quliyev cənabları özünün kurasiyasında olmuş əməkdaşının birdən-birə işdən çıxarılmasını niyə araşdırtmayıb?
-ADİU-nun propektoru Damət Bağırov son vaxtlar demək olar ki, hər gün Nizami rayonundakı «Astoriya» otel kompleksindəki «Sərin» restoranında bir tanınmış şəxs üçün bronlanmış məxsusi kabinetə gəlir… O, burada kimlərlə olur, orada nəyi, yaxud kimi müzakirə edir? Bu görüşdə MTN işi ilə bağlı həbs edilmiş, yaxud vəzifəsindən kənarlaşdırılmış, barəsində istintaq işi aparılan hansı şəxslərin özləri, onların vəkilləri ilə nəyi müzakirə edir?».

Arayış üçün: xatırladırıq ki, bir müddətdir ADİU-da rektor Ədalət Muradovun və onun müşaviri Elşən Bağırzadənin dəstəyi ilə «Differensial əmək haqqı» deyilən sistem tətbiq edilməkdədir… Təriflənən bu sistem ADİU-da müəllimlər tərəfindən ciddi narazılıqla qarşılanmaqdadır. Oxuculara aydınlıq olsun deyə, həmin metodun mahiyyətini açıqlayırıq: sən demə, həmin əmək haqqı sisteminin mahiyyəti bundan ibarətdir ki, müəyyən şərtlərə uyğun gələn 100 müəllim həmin siyahıya düşür, yüksək əmək haqqı alır. Lakin həmin siyahıya düşmək üçün qoyulan şərtlərə yalnız Türkiyə universitetlərində təhsil almış məzunların sənədləri uyğun gəlir. Maraqlıdır ki, bu metodu işləyib hazırlayanların elə özləri də həmin siyahıda birincilərdəndir. Bu nə dərəcədə obyektivdir?
İkincisi, maraqlıdır ki, həmin 100-yə düşən gənc müəllimlərin demək olar heç birinin Azərbaycan iqtisad elmində diqqəti çəkən elmi əsəri, monoqrafiyası yoxdur, mili iqtisadiyyatımızın problemlərinin həllində tətbiqi mövcud deyildir. Sanki bu siyahı kiminsə diqtəsi ilə müəyyənləşdirilir, ora ADİU-nun veteran professoru düşə bilmir. 
Üçüncüsü, əgər bu əmək haqqı sistemi ən mütərəqqi sistemdirsə, niyə Azərbaycan Təhsil Nazirliyi onu digər ali təhsil müəssisələrində də tətbiq etdirmir? Belə çıxır ki, bu metod yalnız onu işləyib hazırlamış şəxslərin özlərinə lazımdır və ancaq və ancaq ADİU-da tətbiq edilə biləndir. O da hələlik. Çünki artıq uzun illərdir ADİU-da çalışan, çoxsaylı elmi kadrlar hazırlamış, neçə-neçə elmi kitabların-əsərlərin müəllifi olan professorların ciddi narazılığı başlayıb…
«Təzadlar» bu və ya digər sualları qəzet vasitəsilə rektor Ədalət Muradova ünvanlayır və güman edirik ki, cavablandırılacaq və qəzet olaraq dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam