Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Coğrafiya İnstitutundan həyəcan təbili:Asfaltda yeni çatlar yaranıb, sürüşmə prosesi davam edir

 

Hazırda Bakı-Şamaxı-Ağsu və Şamaxı-Muğanlı-İsmayıllı yollarında sürüşmə hadisələri baxımından vəziyyət gərgindir.

Yenixeber.org: Bunu AMEA-nın ak. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə elmlər doktoru Starə Tarixəzəri deyib.

Onun sözlərinə görə, Bakı-Qobustan-Şamaxı yolunun 106-107-ci kilometrliyində asfalt üzərində yeni çatlar yaranıb:

"Hazırda ərazidə sürüşmə prosesi davam edir. Yolun bir hissəsi dağılıb. Ağsu aşırımı onsuz da təhlükəli zonadır. Payızda havanın rütubətli keçməsi, yağıntıların çox olması sürüşmələrin fəallaşmasına səbəb ola bilər".

S.Tarixəzəri qeyd edib ki, Böyük Qafqazın cənub yamacında fəallaşan sürüşmə sahələrinə Şamaxı (Muğanlı, Qaravəlli, Mədrəsə kəndləri və b.), Ağsu, İsmayllı (Basqal kəndi və b.) rayonları aiddir. Sürüşmələr həm də Dəmiraparançay, Girdimançay, Ağsuçay, Daşağılçay, Pirsaatçay və s. çay dərələrində geniş yayılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam