Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Turanın verilişi yenə bağlandı...özü isə ATV-dən çıxarıldı…

Turanın verilişi yenə bağlandı...

 

 

Hər gün səhər saat 08:00-da ATV kanalında efirə gedən “ATV Səhər” proqramı bu gün yayımlanmayıb. Verilişin əvəzinə efirə İlqar Mikayıloğlunun aparıcılıq etdiyi “İlqarla bir gün” verilişi gedib.

Yenixeber.org: Verilişin efirə getməməsinə səbəb kimi “ATV Səhər” proqramının fəaliyyətini yenidən dayandırmasını göstərib. Saytın əldə etdiyi məlumata görə, proqramın birdəfəlik efirdən yığışdırılmasına səbəb aparıcısı Turan İbrahimovun tənqidin sərhədlərini aşması olub.

T.İbrahimovun isə kanaldan uzaqlaşdırıldığı bildirilib.

Məsələ ilə bağlı həm də kanalın ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri olan Turan İbrahimovla əlaqə yaratmağa çalışsaq da, o, zənglərimizə cavab vermədi.

“ATV Səhər” verilişinin əvəzinə efirə gedən “İlqarla bir gün” verilişinin aparıcısı İlqar Mikayıloğlu isə Axar.az-a açıqlamasında bu barədə bir söz deyə bilməyəcəyini qeyd etdi:

“Kanalın mətbuat xidməti ilə danışsanız, daha yaxşı olar. Mən bu barədə bir söz deyə bilmərəm. Onlar açıqlama versə, daha məqsədəuyğundur”.

Qeyd edək ki, “ATV Səhər” verilişi bu ilin may ayından efirdən yığışdırılmışdı. Veriliş efir məkanına 1 sentyabrdan qayıdıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam