Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

Bulvarın avtomobil dayanacağı təhlükə yaradır

 

 

Dövlət Bayraq Meydanı, Yeni Bulvar və Bakı Kristal Zalın arasında yerləşən geniş ərazidə salınmış 4000 min ədəd avtomobil tutumu olan dayanacaq meydanında velosiped sürənlər, ərazini avtomobillərin arası ilə piyada keçənlər də az deyil.


Yenixeber.org: Hər gün dayanacağa yerləşmək üçün hərəkət edən avtomobillərin velosipedçilər, piyadalar üçün təhlükə yaradır. 
Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin şöbə müdiri Nazim Məcidov məsələ ilə bağlı "Report"a açıqlamasında bildirib ki, adətən həmin əraziyə "Bayraq meydanı"nda, Bakı Kristal Zalda böyük tədbirlər olan zaman avtomobillər buraxılır: "Bayraq meydanı"nın yaxınığnda dayanacaq var ki, bulvara daimi gələnlər o dayanacaqdan istifadə edir. Avtomobillər böyük dayanacağa buraxıldığı dövrdə ərazidə kirayə verilən velosipedlərdən istifadə edənlərə, öz velosipedi ilə gələnlərə bu barədə məlumat verilir. Dayanacağın girşində mühafizə xidməti var və onlar sakinlərə həmin ərazidə avtomobillər olduğu üçün velosipedlərin girməsinin birmənalı şəkildə qadağan olduğunu bildirirlər. Amma çox təəəssüf ki, bəzi hallarda bizim mühafizə xidmətinin əməkdaşlarının sözünə qulaq asmayan, qanuna əməl etməyən insanlar da olur".
Şöbə müdiri bildirib ki, dayanacağın istifadəyə açıq olduğu gün kiminsə velosipedlə həmin əraziyə daxil olması Bulvar İdarəsinin vəziyyətə laqeydlik göstərməsi demək deyil.
Onun sözlərinə görə, gələcəkdə ərazidə təhlükəsizliklə bağlı tədbirlərin daha da gücləndirilməsi nəzərdə tutulur: "Əhali burada insan axınının çox olduğunu nəzərə almalı və ehtiyatla hərəkət etməlidir. Avtomobillərin dayanacağa getdiyi zaman nəinki velosiped sürənlərin, piyadaların da əraziyə daxil olmaması daha məqsədəuyğun olar. Mühafizəçilər piyadalara da xəbərdarlıq edir. Buna baxmayaraq yol hərəkəti qaydalarını pozanlar olur. Əhalini ərziyə buraxmamaq çıxış yolu deyil. Amma xəbərdarlığı ciddiləşdirmək, mühafizəçilərin sayını artırmaq, əlavə işarələr qoymaqla problemi həll etmək mümkündür ki, bu istiqamətdə addımlar atılacaq. Qeyd edim ki, tədbirlərin olduğu gün mühafizə xidməti gücləndirilmiş iş rejimində işləyir".
N.Məcidov onu da bildirib ki, dayanacaq kimi istifadə olunmayan günlərdə həmin ərzidə velosiped sürənlərin olması idarənin işinə müsbət təsir göstərir. Belə ki, insanlar velosipedi həmin ərazidə sürdüklərinə görə, sakinlərin gəzdikləri yerdə çox olmurlar.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam