Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

ABŞ-da Azərbaycana sanksiya tətbiq etmək istəyənlər kimlərdir...

ABŞ-da Azərbaycana sanksiya tətbiq etmək istəyənlər kimlərdir...

 

Yenixeber.org: Sentyabrın 7-də ABŞ senatoru Dik Durbin belə bir təşəbbüslə çıxış edib ki, “Turan” İnfromasiya Agentliyinin direktoru Mehman Əliyevin həbsinə görə məsuliyyət daşıyan rəsmilərə sanksiya tətbiq olunsun. O, bununla bağlı sənədi Senata təqdim edib.

 

Sənədə görə, Mehman Əliyevin həbsində rol oynamış bütün Azərbaycan rəsmilərinə Amerika Birləşmiş Ştatlarına daxil olmaq qadağan edilir. Sanksiya tətbiq olunacaq rəsmiləri müəyyənləşdirmək isə dövlət katibinə tapşırılıb.

 

Məsələ ilə bağlı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə Modern.az-aaçıqlama verib.

 

Deputat hesab edir ki, Azərbaycan rəsmilərinin ABŞ-a daxil olmasını istəməyən ABŞ senatının üzvləri ölkəmizə qarşı aparılan qərəzli informasiya müharibəsində bilavasitə iştirak edir.

 

“Bunu edən lobbiçilər Azərbaycan-Amerika münasibətlərini pozmaq istəyirlər. Bu cür hadisələr ancaq təəssüf doğurur. Azərbaycanın Amerika ilə strateji tərəftaşlığı bir çox qüvvələri narahat edir.

 

Bunun nümunəsi kimi də 907-ci düzəlişi göstərmək olar. Hesab edirəm ki, bunu edən şəxslər erməni lobbiçiləridir. Onlar Azərbaycan-Amerika münasibətlərinə kölgə salmaq istəyirlər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam