Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Köpəklər, yoxsa körpələr -cəmiyyətdə ilginc müzakirələr

 

Vaqif Qarayev: “Küçə itlərini vaksin edin, ya da aparıb evinizdə saxlayın”

Yenixeber.org: Bu günlərdə Sumqayıtda 5 yaşlı Zeynəbin it dişləməsindən dünyasını dəyişməsi sahibsiz itlər mövzusunu yenidən aktuallaşdırdı.


Ümumilikdə Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsindən verilən açıqlamaya görə isə ötən il ölkə üzrə 17 min insanı heyvan dişləyib. Onların arasında it dişləmələri 90 faiz təşkil edir. Ötən il it dişləməsi nəticəsində 3 nəfər quduzluq xəstəliyinə yoluxub və dünyasını dəyişib. Bu ilin 6 ayı ərzində isə 6500 heyvan dişləməsi qeydə alınıb və onların arasında it dişləmələri əsas yer tutur.


Beləliklə, artıq bir neçə gündür ki, 5 yaşlı Zeynəbin it dişləməsindən dünyasını dəyişməsi həm mətbuatda, həm də sosial şəbəkələrdə geniş müzakirə olunmaqdadır. Bu olay küçələrdə gəzən “ayaqlı təhlükələr”ə qarşı daha da böyük qorxu yaradıb. Xüsusən də valideynlər övladlarının təhlükəsizliyi üçün dövlətdən lazımi tədbirlər görülməsini tələb edir, böyük əksəriyyət “ayaqlı təhlükələrin” tamamilə zərərləşdirilməsini, öldürülməsini istəyir. Bu müzakirələrə tanınmış ictimaiyyət nümayəndələri, ziyalılar qoşularaq sahibsiz küçə itlərinin zərərləşdirilməsi ilə bağlı fikirlər səsləndirirlər. Buna əsas kimi qeyd olunur ki, küçədə qarşılaşdığımı sahibsiz itlər quduzluq, ya da yoluxucu xəstəliklərin daşıyıcısı ola bilər. Bu isə xüsusən də körpələr, uşaqlar üçün böyük təhlükədir.


Köpəklər, yoxsa körpələr?


“Quduz itərin öldürlüməsi ilə bağlı fikirlərimə görə məni kəskin tənqid edirlər”. Bu sözləri həkim Vaqif Qarayev “Yeni Müsavat”a açıqlamasında bildirib. O qeyd edib ki, quduz itlər mütləq şəkildə öldürülməlidir: “Dünyanın hər yerində quduz itlər mütləq şəkildə öldürülür. Mən də qeyd edirəm ki, quduz iti öldürmək lazımdır. Quduz olmayanları isə vaksin edin, ya da aparıb evinizdə saxlayın, mənim və yaxud digərlərinin uşaqlarını təhlükədə qoymayın.

Image result for Vaqif Qarayev


Bu cür işlərlə xüsusi qurumlar, bələdiyyələr işləməlidir. Bələdiyyə deyir ki, “itləri tüfənglə vura bilmərəm”. Bəs necə olsun, camaatın uşağını və ya böyüyünü it çeynəyib, dişləyib öldürsün?


İctimai fikir də sahibsiz itlərin öldürülməsinə qarşıdır. Axı kim deyir ki, onlar öldürülsün, sadəcə, onları küçələrdən yığışdırmaq lazımdır".

Image result for Canlı Aləmin Mühafizəsi Alyansı” İctimai Birlyinin sədri Mənsurə Rəsulzadə


“Canlı Aləmin Mühafizəsi Alyansı” İctimai Birlyinin sədri Mənsurə Rəsulzadə isə “Yeni Müsavat”a açıqlamasında valideynləri günahlandırdı: “Bu gün uşaqlara öyrədilir ki, itləri vurun, onlar sizi öldürəcək. Həmin uşaqlar heyvanlara düşmən mövqeyində böyüyürlər. Əksinə, maarifləndirici işlər aparmaq lazımdır ki, heyvanlara qarşı mərhəmətli olaq".
Mənsurə Rəsulzadə qeyd etdi ki, 5 yaşlı Zeynəbi it dişləməsi fakt deyil: “Çünki həmin ərazidəki heyvanları bizim könüllülər yedizdirirdi. Uşağı dişlədiyi iddia olunan heyvan əslində çox sakit heyvan olub. Uşaq turnikdən başı üstə turbaya dəyib. Üstəlik, uşaq turnikə çıxanda itlərə daş atırmış. Ola bilsin ki, onun turnikdən yıxılaraq başının partlamasını it dişləməsi kimi qələmə verirlər. Bunu yaxından araşdırmaq lazımdır. Onun ailəsi heyvanlara qarşı çox aqressivdir və uşaqlarını da bu cür tərbiyə ediblər. Niyə məhz onların ailəsində bu cür olay olub? Bizim də evdə uşaqlarımız var da. Uşaqlarımız qollarını açıb it sürüsünün arasına girir, onlara yemək verir, yaralarını sarıyır. Bəs niyə onları itlər dişləmədi? Həmçinin burda problem heyvanlara qarşı aqressiya, fobiya yaradan Bakı Şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsidir. Qurumun əməkdaşları daima uşaqların gözü qarşısında heyvanları quduz adı ilə öldürüblər. Çünki qurumda çalışan ovçular heyvanları öldürməklə evlərinə pul aparırlar. Onlar təbiətə qəddarlıq tərənnüm edirlər. Biz bir yandan insanları təbiətə, canlılar qarı mərhəmətliliyə çağırış edəndə, dövlət qurumu altından çalışan bu cür insanlar heyvanları öldürürlər.”


Sahibsiz, küçə itlərinin qorunması üçün ölkəmizdə müxtəlif heyvansevər birliklər, təşkilatlar, könüllü şəxslər var. Hətta heyvan hüquq müdafiəçiləri də var ki, onlar heyvan ölümləri, onlarla qəddar davranılması ilə bağlı vaxtaşırı müəyyən məsələlər qaldırırlar.


Qeyd edək ki, bir neçə il bundan əvvəl sahibsiz küçə itləri elə insanların gözü önündəcə öldürülür, güllələnirdi. Lakin məlum olduğu kimi, Azərbaycan 1997-ci ildə Strasburqda “Heyvanların Mühafizəsi” ilə bağlı Avropa Konvensiyasına qoşulub, 2007-ci ildə ölkəmizdə “Heyvanların mühafizəsi haqqında” Qanun qəbul olunub. Qanuna əsasən, heyvanları öldürən və yaxud onlarla qəddar rəftar edib şikəst edən şəxslər İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsinə əsasən cərimə olunurlar. Cərimə isə əvvəllər 25-45 manat arasında dəyişirdisə, hazırda bu məbləğin 500 manat olduğu bildirilir. Qanuna əsasən, yalnız o halda qadağa tətbiq olunmur ki, həmin heyvanda quduzluq və ya başqa və ya yoluxucu xəstəlik aşkarlanıb. Bu da baytarlıq mütəxəssislərinin rəyindən sonra həyata keçirilir.


Küçələrdə gəzən “ayaqlı təhlükə”lərdən necə qorunmağa gəldikdə isə dünya təcrübəsində, o cümlədən qardaş Türkiyədə küçədəki bütün sahibsiz heyvanlar dövlət tərəfindən aşkarlanır, müayinə edilir və vaksinasiya olunur. Peyvənd olunan heyvanları digərlərindən ayırd etmək üçün onların qulaqlarına xüsusi sırğa (“birka”) taxılır. Sahibsiz heyvanların küçələrdən yığışdırılması, onlara nəzarət bələdiyyələrin öhdəsinə düşür.


Ölkəmizdə isə küçə itləri vaksinasiya olunmur, çünki buna maddi imkan yoxdur. Buna görə də ekspertlər çıxış yolunu heyvanların nəsil artımının qarşısını almaqda görür. Bu cür tədbirləri həyata keçirmək üçün isə xüsusi iynələrdən və ya cərrahi əməliyyatlardan istifadə edilməlidir.


Onu da qeyd edək ki, hələ 2011-ci ildə sahibsiz itlər üçün poliqon tikilməsi ilə bağlı təklif irəli sürülmüşdü. Təklif isə Bakı Şəhər Mənzil Kommunal Departamentinin Sahibsiz Heyvanlarla Mübarizə İdarəsinin rəisi Əhməd Məmmədov tərəfində gəlmişdi. İdarə rəisi həmin poliqona yığılacaq itlərin dərisinin emal olunması ilə bağlı da məsələ qaldırmışdı. Lakin onun bu təklifləri hələ ki həyata keçirilməyib.


Sahibsiz heyvanlarla bağlı problemləri qismən də olsa aradan qaldırmaq üçün iki il öncə Bakının Qaradağ rayonunda Sahibsiz Heyvanlar üçün Xilasetmə və Sığınacaq Mərkəzi də açılıb. Burada paytaxtın sahibsiz heyvanları üçün sığınacaq və baytarlıq klinikası fəaliyyət göstərir. Bağı, hovuzu, əməliyyat və xəstə itlərə karantin otaqları olan mərkəzdə sahibsiz heyvanlar müalicə edilir. Müalicədən sonra heyvan saxlamaq istəyən şəxslərə heyvanlar pulsuz verilir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam