Redaktor seçimi
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
Günün xəbəri

Bakıda “gəzən” təhlükə- Fotolar

Bakıda “gəzən” təhlükə

 

İyulun 31-də Sumqayıtda sahibsiz itin 5 yaşlı şəhər sakini Mikayılzadə Zeynəb Elçin qızını dişlədiyi və azyaşlının quduzluq xəstəliyinə tutularaq dünən vəfat etdiyi haqda məlumat vermişdik.

Sahibsiz itlərin vətəndaşlara hücum etməsi haqda xəbərlər son zamanlar regionlardan da eşidilir (Neftçala, Cəlilabad, Şəki, Ucar, Ağstafa).

Yenixeber.org Milli.az-a istinadən xəbər verir ki, paytaxt da bu təhlükədən sığortalanmayıb. Aylar öncə Bakının Nərimanov rayonunda sahibsiz it təxminən 40-45 yaşlarında bir qadını parçalamışdı. Binəqədi rayonunda da bir uşağı dişləmişdi.  Bu qədər faciənin fonunda aidiyyətı qurumlar, hələ də, müşahidəçi mövqeyindədirlər.

"Koroğlu" metro stansiyasının yanında, Olimpiya şəhərciyinin qarşısındakı park tədricən sahibsiz itlərin məskəninə çevrilməkdədir. Sözügedən ərazidə günbəgün artan sahibsiz itlər əsl təhlükə mənbəyinə çevrilir. Əhalinin sıx olduğu ərazidə itlərin bir-biri ilə didişməsi artıq sakinlərin adət etdiyi adi hadisəyə çevrilib.     

Parkdan çəkilmiş bir neçə fotonu təqdim edirik. Bu görüntülər insanların təhlükənin bir addımlığında olduqlarının göstəricisidir.

 



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam