Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Gülənə qarşı davada Azərbaycanın yeri...- CİDDİDİR

 

Yenixeber.org: Türkiyənin NTV telekanalı Azərbaycanda FETÖ terror şəbəkəsinə qarşı aparılan mübarizəyə dair xüsusi material hazırlayıb.

Yenicag.Az xəbər verir ki, NTV-nin materialında Azərbaycanın FETÖ ilə mübarizəyə 15 iyul çevriliş cəhdindən daha əvvəl başladığı qeyd olunub:

“FETÖ terror şəbəkəsi Azərbaycanda təqribən 25 il əvvəl təşkilatlanmağa başlayıb. Azərbaycan FETÖ-nun Qafqaz və Orta Asiya hədəflərinə çatması üçün həlledici əhəmiyyətə malik olub. Azərbaycan hakimiyyəti də 17-25 dekabr əməliyyatlarından sonra FETÖ-ya qarşı lazım olan tədbirləri görməyə başlayıb. İlk olaraq, şəbəkənin təhsil sahəsindəki strukturlarına qarşı əməliyyatlar keçirilib”.

Azərbaycanda FETÖ-ya qarşı həyata keçirilən tədbirlərlə bağlı NTV-yə danışan Türkiyə İş Adamları Birliyinin (TÜİB) sədri Hüseyin Büyükfırat bunları deyib:

“FETÖ ölkə xaricində ilk təşkilatlanmasını Azərbaycanda həyata keçirib, ilk məktəbi Azərbaycanda açılıb. Konkret desək, FETÖ-nun Türkiyədən sonra ən güclü təşkilatlandığı ölkə məhz Azərbaycandır. FETÖ-nun 1991-ci ildə ölkə xaricində ilk strukturunu yaradan şəxs olan Muharrem Menekşe hazırda Türkiyədə həbsdədir. Azərbaycan FETÖ ilə mübarizədə Türkiyəyə ən ciddi dəstək verən ölkədir”.

Milli Məclisin deputatı Adil Əliyev isə Azərbaycanda FETÖ-ya qarşı aparılan mübarizəni belə dəyərləndirib:

“Azərbaycan xalqı, dövləti və hökuməti 15 iyul hadisələrindən əvvəl də FETÖ terror şəbəkəsinə qarşı mübarizəyə başlamışdı. Terror şəbəkəsinə məxsus məktəblər bağlanıb, FETÖ ilə əlaqəsi olduğu təxmin edilən şəxslər vəzifələrindən azad edilib”.

FETÖ-ya qarşı mübarizədə Türkiyəni dəstəkləyən Azərbaycan 15 iyuldan sonra da bu mövqeyində qalmaqdadır. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam