Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Qaxda 100-dən artıq qovaq ağacı qanunsuz kəsilib

 

Qaxda qovaq ağaclarının kütləvi kəsintisi qeydə alınıb.

Yenixeber.org: Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazirliyə Qax rayonunun Əlibəyli kənd bələdiyyə mülkiyyətinə aid olan İbaxlı kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı şikayət daxil olub. Şikayət Nazirliyin 9 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Əraziyə keçirilən baxış zamanı yaş köküstə 108 ədəd qovaq ağacının kəsildiyi məlum olub.

Araşdırma zamanı ağacların Qax rayonunun İbaxlı kənd sakini Bəlyar Əhmədov tərəfindən kəsildiyi və təbiətə 42790 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Faktla bağlı akt tərtib olunub, toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi üçün Qax Rayon Prokurorluğuna göndərilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam