Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Azərbaycan XİN hansı əcnəbilərə Qarabağa getmək icazəsi verib...

Azərbaycan XİN hansı əcnəbilərə Qarabağa getmək icazəsi verib...

 

Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın işğal altında olan ərazilərinə qanunsuz səfər etmək istəyənləri bu niyyətdən çəkindirmək üçün tez-tez xəbərdarlıq və şağırışlar yayır. Buna məhəl qoymayanların adlarını isə Azərbaycan üçün arzuolnmaz şəxslərin “qara siyahısı”na salır.

Yenixeber.org: Maraqlıdır, indiyədək işğal altında olan ərazilərimizə səfər etmək istəyən şəxslərdən Azərbaycan XİN-nə müraciət edənlər olubmu? XİN belə müraciətlərə hansı cavabı verib?

Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a açıqlama verib.

 

XİN rəsmisi bildirib ki, daim əcnəbi ölkə vətəndaşlarını Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərdən çəkinməğə çağırırlar:

“İşğal altında olan torpaqlar Azərbaycanın suveren ərazisindir və ora hər hansı səfər Azərbaycanın icazəsi ilə olmalıdır. Hər hansı bir ölkənin vətəndaşı həmin ərazilərə getməklə öz həyatını təhlükə altına qoymuş olur. Çünki münaqişəi ərazisidir. Orada mina problemi və digər təhlükələr ola bilər. Həmin ərazi nəzarətdə olan ərazi deyil. Həmin şəxsin taleyi ilə əlaqədar hər hansı bir xoşagəlməz hal baş verdiyi təqdirdə Azərbaycan tərəfi və onun vətandaşlığı olduğu ölkə həmin şəxsə konsulluq yardımı göstərə bilməyəcək. Ona görə də işğal altında olan Azərbaycan torpaqlarına səfər edən hər bir əcnəbi vətəndaş bilavasitə həyatını təhlükə altına qoyur. Həmçinin Azərbaycan Respublikasının qanunlarını pozur”.

 

H.Hacıyev deyib ki, peşəkar vəzifə funksiyalarını yerinə yetirmək üçün bəzi şəxslər Azərbaycanın işğal altında olan ərazilərinə səfər etmək niyyətində ola bilər:

“Bu, xüsusilə Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndələrinə və elmi tədqiqatçılara aiddir.  Bu kateqoriyadan olan insanlarla bağlı əksər hallarda önləyici məlumatlandırılmanın həyata keçirilməsi və bu istiqamətdə maarifləndirmənin artırılması nəticəsində onların işğal olunmuş ərazilərə qanunsuz səfər etməsində ciddi şəkildə azalma var. Amma yenə də bilməyərəkdən kiminsə ora getməsi və yaxud da ermənilərin maddi maraq müqabilində səfərlər təşkil etməsi halları var. Bunun miqyası böyük deyil. Xarici KİV nümayəndələri Azərbaycanın akkredasiyasını alaraq, həmin ərazilərə səfər üçün müraciət etdiyi təqdirdə, həmin hallar nəzərdən keçirlir, baxılır və Azərbaycanın müvaffiq akkredasiyası əsasında bu kimi səfərlər həyata keçirilir”.

 

Nazirlik rəsmisi qeyd edib ki, Azərbaycan hər hansı bir turistə işğal altında olan ərazilərinə səfər etməsinə icazə vermir.

“Biz əcnəbi ölkə vətəndaşlarını Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərdən çəkinməğə çağırırıq. Hər hansı turistin həmin ərazilərə səfəri qeyri-qanunidir. Ona görə də xarici vətəndaşların işğal olunmuş ərazilərə getməyi üçün icazə mexanizmi yoxdur”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam