Redaktor seçimi
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Günün xəbəri

İtaliya mediası 2 yaşlı Zəhranın qətlə yetirilməsindən yazıb

İtaliya mediası 2 yaşlı Zəhranın qətlə yetirilməsindən yazıb

 

Azərbaycanlı jurnalist Əli Zülfüqaroğlu İtaliya mediasında erməni vəhşiliyi və 2 yaşlı Zəhranın qətlindən yazıb.

Yenixeber.org:Trend-in məlumatına görə, “Körpələrin qətli bəşəri cinayətdir” məqaləsində iyulun 4-də Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində 2 yaşlı Zəhra Quliyeva və onun nənəsi Sahibə Quliyevanın erməni silahlı qüvvələri tərəfindən qətlə yetirilməsi qeyd olunur.

Müəllif yazır: "Bu, ilk hadisə deyil. Erməni sihalı qüvvələri Azərbaycan kəndlərini, mülki vətəndaşları daim atəş altında saxlayır və nəticədə uşaqlar, qadınlar, qocalar qətlə yetirilirlər. Amma çox təəssüf ki, dünya bu insanlıq cinayətinə göz yumur. ATƏT-in Minsk qrupu sadəcə bəyanatla kifayətləndi ki, bu da Azərbaycanda hiddətlə qarşılandı".

Məqalədə bildirilir ki, 1994-cü ildən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində atəşkəs elan olunub: "Amma atəşkəs dövründə 32 azərbaycanlı uşaq erməni terrorunun qurbanı olub. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhranın qətli isə Azərbaycan xalqını bir daha sarsıtdı. Bu cinayət təkcə Azərbaycana qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlib. Bu cür faciələrin təkrar olunmaması, dünyada körpələrin öldürülməməsi üçün dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, xüsusilə media səfərbər olmalıdır. Xüsusilə, dünyada öz çəkisi və yeri olan italyan mediasından da diqqət gözləyirik".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam