Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

OĞLU HƏBS EDİLƏN GENERAL İŞDƏN ÇIXARILDI –SƏRƏNCAM

novruzeli-orucov

Azərbaycan prezidenti İlham Əliyev Novruzəli Hüseyn oğlu Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini – Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Yenixeber.org:  Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, bir qədər əvvəl Novruzəli Orucovun oğlunun həbs olunması ilə bağlı xəbər mətbuatda yayılmışdı. Virtualaz.orgsaytının yaydığı məlumatda Novruzəli Orucovun oğlu harın və xuliqan biri kimi təqdim olunub: “Əvvəllər çoxsaylı yol hərəkəti qaydalarını pozduğuna görə avtomobil idarə etmək hüququndan məhrum edilmiş Rüstəm Orucov iyulun 3-də tam qanunsuz şəkildə 10-OG-300 nömrəli BMW-nin sükanı arxasına əyləşərək qaydaları yenidən pozub və 8 saylı marşrut avtobusunun sürücüsü Sənan Səmədovun haqlı danlağına tuş gəlib.

Azərbaycan Baş Prokurorluğu Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov virtualaz.org-a bildirib ki, Rüstəm Orucov avtobus sürücüsünün qınağına cavab olaraq sərnişinlərin gözləri qarşısınada ona hücum edib, döyməyə başlayıb və beləliklə, qatı xuliqanlıq hərəkətləri edib.

Bizə onu əlavə etmək qalır ki, yüksək vəzifəli şəxsin oğlu ilk dəfə deyil ki, qanunları bu qədər “qəzəbli” şəkildə pozur. R.Orucov 2014-cü ildə piyadanı vuraraq cinayət yerindən qaçmışdı. Sonra onu tutub 4 il azadlıqdan məhrum etdilər. Cəza müddətinin üçdə biri tamam olanda R.Orucov vaxtından əvvəl şərti azadlığa çıxdı və zamində ola-ola yenidən cinayət törətdi.

İyulun 4-də Binəqədi Rayon Polis İdarəsi R.Orucov barəsində Cinayət Məcəlləsinin 221.2.1 maddəsi üzrə cinayət işi açıb. Məhkəmənin qərarı ilə avtoxuliqan həbs olunub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam