Redaktor seçimi
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Günün xəbəri

"Münaqişənin kəskinləşməsi Rusiyanın milli təhlükəsizlik durumuna ağır zərbə vurur!" -Hərbi ekspert

 Qarabağ uğrunda Ermənistanla Azərbaycan arasında döyüşlər bir gün də dayanmayıb və ekspertlərin fikrincə, bu qarşıdurma daha da kəskinləşəcək.

Yenixeber.org: Q.V.Plexanov adına Rusiya İqtisadiyyat Universitetinin dosenti, məşhur hərbi politoloq Aleksandr Perenciyevin bu yöndə Rusiya nəşrinə müsahibəsini oxuculara təqdim edirik.

 

-Cənab Perenciyev, Qarabağ münaqişəsi zonasında növbəti kəskinləşmə var – həm də Azərbaycan 2016-cı ilin aprelindən sonra ilk dəfə TR-107 yaylım atəşi sistemi tətbiq edib (Azərbaycan MN bu faktı təkzib edib-tərc.). Bu durumun inkişafı aprel hərbi əməliyyatlarının təkrarına gətirib çıxara bilərmi?

-Ola bilsin, təkrarçılığa yol verirəm: hesab etmişəm və hesab edirəm ki, Ermənistanla Azərbaycan arasında müharibə Dağlıq Qarabağ uğrunda döyüşlərdən bəri bir dəqiqə də dayanmayıb. Məsələ burasındadır ki, silahlı mübarizə səviyyəsinin enməyini barış, yüksəlməsini isə yeni müharibənin başlanğıcı kimi qəbul edirlər. Heç bir barış, yeni müharibə yoxdur. Müharibə davam edir, lakin atəş xəttində kəskinliyin səviyyəsi dəyişilir. Əvvəllər heç vaxt Dağlıq Qarabağın tərkibinə daxil olmamış Azərbaycanın yeddi rayonun azad edilməsində Ermənistan tərəfindən heç bir tərpəniş olmasa, silahlı mübarizənin közərtisi həmişə itiləşəcək. Yəni indiki anda döyüşlər istisnasız olaraq Dağlıq Qarabağda deyil, Azərbaycan ərazisində gedir. Və Azərbaycan tərəfi qanuni ərazilərinin itirilməsi ilə heç vaxt barışmayacaq. Mən bu yeddi rayonu nəzərdə tuturam və söhbət Dağlıq Qarabağ ərazisindən getmir. Buna görə indiki kəskinləşmə də çox ciddi ola bilər!

-Danışıqlar prosesi niyə dayanıb və Vyana, Piter razılaşmaları niyə gerçəkləşdirilmir?

-Hər iki tərəfin problemi iki hissəyə – Dağlıq Qarabağ problemi və Azərbaycanın 7 rayonu probleminə bölmək istəksizliyi üzündən gerçəkləşmir. Rəsmi Bakı istəmir, çünki belə çıxır ki, dolayısı ilə Dağlıq Qarabağın Azərbaycanın qalan ərazilərindən fərqli statusa malik olduğunu bununla da etiraf edir. Ermənistan tərəfi isə bu 7 rayonu elə-belə vermək istəmir və rəsmi Bakının Dağlıq Qarabağın müstəqilliyini tanıması ilə mübadilə etmək istəyir. Madam rəsmi Bakı problemi iki hissəyə bölmək istəmir, buna görə rəsmi İrəvan da yeddi rayona Dağlıq Qarabağı Azərbaycandan qoruyan bufer zona kimi baxır.

-Bu qəliz durumu aprel hadisələrinin təkrarından nə saxlayır? Və doğrudanmı, Bakı həmişə danışdığı müharibəni istəyir?

-Durumu Rusiyanın və digər subyektlərin problemi hərbi yolla deyil, danışıqlar masası arxasında həll etmək istəyi saxlayır. Amma danışıqlar prosesində tərpəniş yoxdursa, rəsmi Bakı durumun kəskinləşdirilməsinə getməyə bilməz. Çünki məhz bu tərpənişlərin olmaması üzündən Azərbaycan cəmiyyətində ərazilərin hərbi yolla qaytarılmasında hakimiyyətə ictimai tələb güclənir. Və yaxşı olardı ki, hamısı birdən.

-Fikir var ki, seçkilər kimi siyasi hadisələr astanasında bəzi xarici problemlər arxa plana keçir. Sizcə, seçkilərin gözləndiyi bir vaxtda Rusiyanın hazırda Qarabağlıq halı var? Hələ Yaxın Şərqdə də problemlər yetərincədir.

-Əlbəttə, var. Və hətta olduğundan da artıq. Lakin Rusiya sözünü iki hissəyə bölmək lazımdır – Rusiya hökuməti və xüsusən də xarici siyasət strukturları buna diqqət ayırır. Amma, budur, Rusiya cəmiyyəti, həqiqətən də, Qarabağ münaqişəsindən narahat deyil. Çoxu bilgisizlik üzündən ki, dünyada belə bir Qarabağ, xüsusən də onunla bağlı problemlər var. Başqa bir qism nəsə eşidib, amma bu problem Rusiya KİV-lərində az işıqlandırıldığından bu vətəndaşlar hesab edirlər ki, bu məsələyə görə narahat olmalı heç nə yoxdur. Lakin, əslində, Ermənistanla Azərbaycan arasında münaqişənin kəskinləşməsi Rusiyanın milli təhlükəsizlik durumuna ağır zərbə vurur!

-Bu fikirlə bölüşürsünüz ki, bu problem ancaq hərbi yolla həll olunacaq və danışıqlar həll yolu deyil, sadəcə, vaxtı uzatmaqdır?

-Problemi hərbi yolla həll etmək alınmır. Heç bir tərəfdən. Unutmaq lazım deyil ki, Ermənistanın KTMT üzrə müttəfiqlərinin – Qazaxıstan və Qırğızıstanın gizli rəğbəti Azərbaycanın tərəfindədir. Buna görə də xeyr, bu cür fikri bölüşmürəm.

 eadaily.com


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam