Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Türk xalqı Azərbaycana dəstək verməyə hazırdır” –General

 

28a3c9ee-2a14-4263-8832-2d0fd50a25d3_292

Azərbaycan Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində Türkiyədən qonaq gəlmiş ehtiyatda olan bir qrup yüksək rütbəli zabitlə görüş keçirilib.

Yenixeber.org:  Bu barədə nazirliyin Mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev qonaqları Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayaraq qeyd edib ki, iki xalq arasında əməkdaşlıq əlaqələrinin möhkəmlənməsi prosesinin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirilir.
Tədbirdə belə görüşlərin müntəzəm keçirilməsinin qabaqcıl təcrübə mübadiləsi, eləcə də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından vacibliyi vurğulanıb, faydalı fikir mübadiləsi aparılıb və qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə olunub.
Qonaqlar adından çıxış edən Türkiyə Ehtiyatda olan Zabitlər Təşkilatının sədri istefada olan korpus generalı Ərdoğan Karakuş səmimi qarşılandıqları üçün Müdafiə Nazirliyinin rəhbərliyinə öz minnətdarlığını bildirərək, qeyd edib ki, hər zaman olduğu kimi, bu gün də türk xalqı Azərbaycanla həmrəydir və bütün problemlərin həllinə dəstək verməyə hazırdır.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam