Redaktor seçimi
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Cahid Hüseynovun və qohumlarının “Azəriqaz”dakı qanunsuz əməlləri... -
XALQDAN “QAZANILIB” BRİTANİYADA BATIRILAN MİLYONLAR - Və deputat Feyziyevin digər həmkarlarından fərqi -
Kərəm Həsənovun müavinindən şikayət etdi, evinin "altını üstünə çevirdilər" –
"Azərenerji" ASC-nın dövləti milyardlarla borca salmasının səbəbi bilindi-
Günün xəbəri

“Türkiyə Qətərdə hərbi iştirakını saxlayacaq” -Türkiyə baş nazirinin müavini

“Türkiyə Qətərdə hərbi iştirakını saxlayacaq” -


Qətər ətrafında böhrana baxmayaraq, Türkiyə bu ölkədə hərbi iştirakını saxlayacaq

 

Yenixeber.org:    “Anadolu” agentliyinə istinadən xəbərə görə, bunu Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bəyan edib.

“Türkiyənin Qətərdə hərbi bazası tək bu ölkənin deyil, regionun təhlükəsizliyi məsələsidir. Türkiyə Qətərdə hərbi iştirakını saxlayacaq. Türkiyənin Qətərdə iştirakını siyasi böhranla əlaqələndirmək yanlış yanaşmadır”, deyə N.Kurtulmuş bildirib.

Onun sözlərinə görə, Qətər böhranı dərin kökə malik deyil və süni yaradılıb. Rəsmi Dohaya qarşı 13 tələb isə Qətərin müstəqilliyi baxımından qəbuledilməzdir.
On gün əvvəl Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn Qətərə 13 bənddən ibarət ultimatum verib. Sənəddə İranla diplomatik əlaqələri kəsmək, silahlı qruplaşmaların maliyyələşdirilməsini dayandırmaq, “Əl-Cəzirə” telekanalını bağlamaq kimi tələblər yer alıb. Rəsmi Doha ölkəyə qarşı irəli sürülən ittihamları və ultimatumu rədd edib.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətərlə diplomatik münasibətləri kəsdiklərini elan edib. Onlar rəsmi Dohanı terrorçu təşkilatları dəstəkləməkdə və Yaxın Şərqdə qeyri-sabitlik yaratmaqda ittiham edib. Bunun ardınca Liviyanın sərgindəki hökumət, Yəmən, Maldiv adaları, Mavritaniya, Komor adaları da Qətərlə münasibətləri kəsdiyini bəyan edib. Cibuti Qətərlə diplomatik münasibətlərin səviyyəsini endirib. Seneqal, Çad və Niger isə bu ölkədəki səfirini geri çağırıb.
Ötən gün Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir Küveytin təklifini qəbul edərək Qətərə qarşı irəli sürülən ultimatumun müddətinin 48 saat uzadılmasına dair razılığa gəliblər.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam